Bu gün 35 dərəcə isti olacaq

alfonsonri
Oxunma vaxtı:27 Saniyə

İyulun 3-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək, havanın temperaturu gecə 18-23° isti, gündüz 28-33° isti olacaq.

Azərbaycanın rayonlarında əsasən hava yağmursuz olacaq. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-21° isti, gündüz 30-35° isti, dağlarda gecə 9-14° isti, gündüz 15-20° isti olacaq.

Loading

Next Post

Zəngilanda dövlət sərhədini pozan erməni diversantların məhkəməsi başlayır

Bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Azərbaycanın dövlət sərhədini pozmaqda və ağır cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan vətəndaşı olan hərbi qulluqçular – Ovagimyan Arutyun Yurikoviç və Kazaryan Karen Aşotoviçin cinayət işi üzrə məhkəməsi başlayır. APA xəbər verir ki, hakim Fəhmin Hümbətovun sədrliyi ilə bu gün məhkəmənin hazırlıq iclası keçiriləcək. Hazırlıq iclasında […]