Azərbaycanlı jurnalistlərə Fransada hücum oldu

alfonsonri
Oxunma vaxtı:34 Saniyə

Fransada Azərbaycan Televiziyasının əməkdaşlarına hücum olub.

Bununla bağlı Azərbaycan Televiziya və Radio Verilişləri QSC bəyanat yayıb.

Bildirilib ki, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları Fransada çəkiliş apararkən hücuma məruz qalıblar. Nəticədə müxbir və operator yüngül bədən xəsarətləri alıblar, çəkiliş kamerası isə əllərindən alınaraq sındırılıb. Əməkdaşlar kameranı geri tələb edərkən onları silahla hədələyiblər.

“Azərbaycan Televiziya və Radio Verilişləri QSC olaraq baş verənləri şiddətlə qınayır, baş vermiş hadisəni yalnız Azərbaycan jurnalistlərinə deyil, ümumilikdə söz və ifadə azadığına, azad jurnalistika fəaliyyətinə basqı hesab edirik. Biz Fransanın hüquq mühafizə orqanlarından bu hadisəni obyektiv araşdırmağı, jurnalistlərə silahlı hücum edən şəxslərin müəyyənləşdirilməsini və cəzalandırılmasını, dəymiş zərərin ödənilməsi üçün lazımi tədbirlər görməyi tələb edirik”, – bəyanatda qeyd olunub.

Loading

Next Post

Ceyhun Bayramov və Mirzoyanın görüşünün sonuncu günündə Blinken də iştirak edəcək

Bugün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın ABŞ-də danışıqları başa çatır. ABŞ dövlət katibi Entoni Blinken iki ölkənin xarici işlər naziri ilə Corc Şults adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində yekun plenar iclasda iştirak edəcək.