İlham Əliyev və Ərdoğan arasında telefon söhbəti olub

alfonsonri
Oxunma vaxtı:19 Saniyə

İyunun 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon söhbəti olub.

Dövlət başçıları bir-birini və xalqlarımızı müqəddəs Qurban bayramı münasibətilə təbrik edib və ən xoş arzularını çatdırıblar.

Telefon söhbəti zamanı dostluq və qardaşlıq münasibətlərimizin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub, müttəfiqlik əlaqələrimizin gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.

Loading

Next Post

Boksçumuz erməni rəqibinə qalib gəldi

Polşada keçirilən III Avropa Oyunlarında boks üzrə yarışların 1/4 final mərhələsinə start verilib. Azərbaycan boksçusu Murad Allahverdiyev bu mərhələdə Ermənistan təmsilçisi Hambardzum Hakobyana qalib gəlib. Belə ki, 80 kq çəkidə mübarizə aparan boksçumuz hər 3 raundu xeyrinə bitirib. Yekunda 5:0 (30:26, 30:27, 29:28, 30:27, 30:27) hesabı ilə qalib gəlib və […]