Çempionlar Liqası: Bu gün “Qarabağ”ın ilk rəqibi bəlli olacaq

alfonsonri
Oxunma vaxtı:49 Saniyə

Bu gün Çempionlar Liqasında 2023/24 mövsümünün I təsnifat mərhələsinin püşkü atılacaq.

UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutacaq tədbir Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.

Azərbaycanı qitənin ən nüfuzlu klub turnirində təmsil edəcək “Qarabağ”ın da ilk rəqibi bəlli olacaq. Ağdam təmsilçisi püşkatma zamanı güclülərin yer aldığı səpələnmişlər sırasında olacaq. Bu isə o deməkdir ki, “atlılar” nisbətən münasib komandaya rəqib olacaqlar.

Çempionlar Liqası

I təsnifat mərhələsi
Səpələnmişlər: “Ferentsvaroş” (Macarıstan), “Qarabağ” (Azərbaycan), “Slovan” (Slovakiya), “Ludoqorets” (Bolqarıstan), “Şerif” (Moldova), BATE (Belarus), “Astana” (Qazaxıstan), “Makkabi” (Hayfa, İsrail), “Jalgiris” (Litva), HIK (Finlandiya), “Flora” (Estoniya), “Şemrok Rovers” (İrlandiya), TNS (Uels), “Olimpiya” (Sloveniya), “Zrinski” (Bosniya və Herseqovina).

Səpələnməmişlər: “Linkoln” (Cəbəllütariq), “Klaksvik” (Farer adaları), İlkin mərhələnin qalibi, “Dinamo” (Tbilisi, Gürcüstan), “Rakuv” (Polşa), “Partizani” (Albaniya), “Haken” (İsveç), “Farul” (Rumıniya), “Valmieras” (Latviya), “Ballkani” (Kosovo), “Larne” (Şimali İrlandiya), “Urartu” (Ermənistan), “Hamrun” (Malta), “Hesperange” (Lüksemburq), “Struqa” (Şimali Makedoniya).

Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin ilk oyunları iyulun 11-12-də, cavab görüşləri isə 18-19-da keçiriləcək.

Loading

Next Post

4 yaşlı qızına elə əzab verib ki... - Cəzası məlum oldu

Xəzər rayonunda öldürülüb quyuya atılan 4 yaşlı Məryəm Allahyarovaya əzab verməkdə ittiham olunan atası Taleh Allahyarovun cinayət işi üzrə məhkəmə araşdırması tamamlanıb. Xəzər Rayon Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. Hökmə əsasən Taleh Allahyarov 3 il 6 ay azadlıqdan məhrum edilib. Məhkəmə araşdırması zamanı məlum olub ki, T.Allahyarov Məryəmi mütəmadi […]