“Öz torpaqlarımızı döyüşərək geri qaytardıq” – Dövlət başçısı

alfonsonri
Oxunma vaxtı:25 Saniyə

Bilirsiniz ki, 30 il ərzində Azərbaycan Ermənistanla danışıqlarda iştirak edirdi, onlar da heç bir nəticə vermədi. Yalnız bizim hərbi gücümüz və Azərbaycan Ordusunun döyüş ruhu ərazi bütövlüyümüzü bərpa etdi.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev iyunun 15-də Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə mətbuata bəyanatında bildirib.

Ərazi bütövlüyümüzün bərpasının danışıqlar və ya hər hansı vasitəçilik hesabına baş vermədiyini vurğulayan dövlət başçısı deyib: “Əksinə, həmin vasitəçilik səyləri vəziyyətin dondurulmasına gətirib çıxarmışdı. Biz bununla razı olmadıq, biz ərazi bütövlüyümüzü bərpa etdik, torpaqlarımızı döyüşərək aldıq”.

Loading

Next Post

Hakan Fidan Azərbaycan xalqını təbrik etdi - FOTO

Türkiyənin xarici işlər naziri Hakan Fidan 15 İyun Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib. Bu barədə nazirin “Tvitter” hesabındakı paylaşımında deyilir. “Bu gün həm Can Azərbaycanın Milli Qurtuluş Günüdür, həm də aramızdakı təbii müttəfiqliyi daha da gücləndirən “Şuşa Bəyannaməsi”nin ildönümüdür. Təbrik edirik! Acımız, sevincimiz hər zaman bir yerdə olan […]