Azərbaycanda əhali pullarını əsasən bu məhsullara xərcləyib

alfonsonri
Oxunma vaxtı:32 Saniyə

2023-cü ilin yanvar-may aylarında Azərbaycanda alıcıların pərakəndə ticarət şəbəkəsində pullarını əsasən hansı məhsullara xərclədiyi açıqlanıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, alıcılar aldıqları mallara xərclədiyi vəsaitin 52,9 faizi ərzaq məhsullarının, 4,7 faizi içkilər və tütün məmulatlarının, 12,7 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,7 faizi avtomobil benzini və dizel yanacağının, 4,4 faizi elektrik malları və mebellərin, 2,5 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,0 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,1 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf edib.

2023-cü ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 20,8 milyard manatlıq məhsul satılıb.

Loading

Next Post

Çeçen deputat Ukraynada YARALANDI

Rusiya Dumasının Çeçenistandan olan deputatı Adam Delimxanov Ukraynada yaralanıb. Bu barədə Rusiya Dövlət Dumasının mətbuat xidməti məlumat yayıb. “Delimxanov yaralanıb, amma sağdır”, – məlumatda qeyd olunub. Ukrayna mənbələri isə Adam Delimxanovun Zaporojye vilayətində öldürüldüyü barədə məlumat yayıb.