Artilleriya rəisləri ilə təlim-metodiki toplanış keçirildi – Video

alfonsonri
Oxunma vaxtı:34 Saniyə

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına əsasən, Quru Qoşunlarının birlik və birləşmələrin artilleriya rəisləri ilə təlim-metodiki toplanış keçirilib.

Əvvəlcə zabitlərin müasir ümumqoşun döyüşünün aparılması üzrə nəzəri bilikləri yoxlanılıb.

Toplanışda döyüş vəziyyətinə uyğun şəraitdə idarəetmə məntəqələrinin açılması, zəruri hesabatların aparılması, optik cihazlar vasitəsilə hədəf koordinatlarının aşkar edilməsi, bölmələr arasında qarşılıqlı əlaqənin saxlanılması, eləcə də atəşin idarəedilməsi üzrə digər mövzularda məşğələlər keçirilib.

Gecə və gündüz şəraitində keçirilən nəzəri məşğələlərin sonunda təyin olunan şərti düşmən hədəflərinə atəş tapşırıqları bölmələr tərəfindən yüksək peşəkarlıqla yerinə yetirilib.

Qeyd edək ki, keçirilən təlim-metodiki toplanışın əsas məqsədi artilleriya zabitlərinin atəşi idarəetmə vərdişlərinin təkmilləşdirilməsi, eləcə də bilik və bacarıqlarının daha da artırılmasıdır.

Loading

Next Post

Şimşək çaxacaq, dolu düşəcək - Sabahın havası

İyunun 6-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 23-28° isti […]