Azərbaycan Prezidenti: “Biz regionda baş verən proseslərə göz yuma bilmərik”

alfonsonri
Oxunma vaxtı:35 Saniyə

“Biz bu məkanda əsasən Azərbaycanın gələcək inkişafı ilə bağlı olan fikir və ideyaların mübadiləsini aparmaqla praktiki addımları müzakirə etmək istəyirik və regional inkişaf proseslərinə də nəzər salmalıyıq. Çünki biz regionda baş verən proseslərə göz yuma bilmərik. Qarabağın azad edilməsindən sonra ölkə daxilində artıq heç bir risklə üzləşmədiyimizə baxmayaraq, biz adada yaşamırıq”.

Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 3-də Şuşada keçirilən ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda çıxışında deyib.

Görüşün Şuşada keçirilməsinin xüsusi məna daşıdığını vurğulayan dövlətimizin başçısı bildirib:

“Keçən ili mən “Şuşa İli” elan etmişdim, çünki bu şəhərin Qarabağ xanı Pənahəli xan tərəfindən yaradılmasının 270-ci il dönümü idi”.

Loading

Next Post

Azərbaycan ilk dəfə Avropa Kuboku turnirinə ev sahibliyi edəcək

Mayın 6-7-də Göygöl şəhərində tarixdə ilk dəfə cüdo idman növü üzrə yeniyetmələr arasında Avropa Kuboku turniri keçiriləcək. Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, Avropa Cüdo Birliyinin (EJU) rəsmi təqvimində olan turnirə 19 ölkədən 300-ə yaxın idmançı qatılacaq.  EJU-nun rəsmi səhifəsində turnirlə bağlı çıxan məqalədə bildirilir ki, Azərbaycan Cüdo Federasiyası yeniyetmələrin […]