Ərdoğan Akkuyu AES-dəki mərasimdə onlayn iştirak edəcək

alfonsonri
Oxunma vaxtı:25 Saniyə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Akkuyu Atom Elektrik Stansiyasının açılış mərasiminə onlayn qatılacaq.

Bu haqda Ədalət və İnkişaf Partiyasının sədr müavini Erkan Kandemir sosial media hesabından paylaşım edib.

“Prezidentimiz sabah keçirilməsi planlaşdırılan Akkuyu Atom Elektrik Stansiyasının mərasiminə onlayn olaraq qatılacaq. Mersin mitinqimizin daha sonra keçirilməsi planlaşdırılır”, – Kandemir qeyd edib.

Xatırladaq ki, R. T. Ərdoğan aprelin 25-i yerli mediaya müsahibə verərkən özünü pis hiss edib və buna görə canlı yayım qısa müddətlik dayandırılıb. O, daha sonra bir qədər soyuqladığını və mədəsinin ağrıdığını açıqlayıb.

Loading

Next Post

Günün qoroskopu: Narazılıq artır, dərhal nəyisə dəyişmək istəyi yaranır

Qoç – təlaş, narahatlıq, əməl və fəaliyyətdə bədgümanlıq hissləri yarana bilər. Yaxın ətrafınızdakı insanlardan birinin əməlləri sizi narazı salacaq. Kənar şərtlər və yaşananların zahiri görüntüləri olayların mənzərəsini dəyişərək stress yarada bilər. Hadisələrin ritmi, kənar təsirlərin intensivliyi dəyişəcək. Çoxdan bəri tanıdığınız insanlara yenilən bələd olacaqsınız. Alınan xəbərlər və yaranan problemləri ciddi […]