Firəngiz Mütəllimova qardaşının ölümündən danışdı

Oxunma vaxtı:24 Saniyə

Xəbər verdiyimiz kimi, Xalq artisti Firəngiz Mütəllimovanın qardaşı İlham dünyasını dəyişib.

Axşam.az-a açıqlama verən aktrisa göz yaşlarını saxlaya bilməyib.

“2012-ci ildə qardaşım ürəyindən əməliyyat olundu. Həmin vaxt çox stres yaşadım. 2013-cü ildə isə özüm beynimdən əməliyyat olundum. Bu yaxınlarda xaricə oğlunun yanına getmişdi. Getdi, nəvələrini gördü. 2 həftə əvvəl Bakıya gəlib. Həyat yoldaşı deyir ki, yatdı, oyanmadı. Bilmirik səbəb nədir. Ekspertizaya verilib, ondan sonra bilinəcək. Qardaşım mənim tək dayağım idi” deyə, F.Mütəllimova söyləyib.

Loading

Next Post

Ermənistanda hərbçi özünü güllələdi

Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri özünü güllələyib. Bu barədə Ermənistan Müdafiə Nazirliyi açıqlayıb. H.S. ona təhkim olunmuş silahdan açılan atəş nəticəsində yaralanıb. Hərbçinin səhhəti orta-ağır qiymətləndirilir. Hadisənin başvermə şəraiti araşdırılır.