İlham Əliyev Monteneqronun yeni Prezidentini təbrik etdi

alfonsonri
Oxunma vaxtı:21 Saniyə

Prezident İlham Əliyev Monteneqronun yeni seçilmiş Prezidenti Yakov Milatoviçə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Hörmətli cənab Milatoviç,

Monteneqronun Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Azərbaycan-Monteneqro dostluq və əməkdaşlıq əlaqələri xoş ənənələrə malikdir. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq dövlətlərarası münasibətlərimizin daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın genişləndirilməsi istiqamətində birgə səylər göstərəcəyik.

Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, xoşbəxtlik, dost Monteneqro xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm”.

Loading

Next Post

Bu gün erməni təxribatı nəticəsində şəhid olan Tağıyev Səbuhi - FOTO

Bu gün düşmən təxribatının qarşısını alarkən şəhid olanlardan biri də Tağıyev Səbuhi Gündüz oğludur. Oxu.Az xəbər verir ki, o, Naxçıvanın Şahbuz rayonunun Badamlı qəsəbəsindəndir. Bununla bağlı onu tanıyan şəxslər sosial şəbəkələrdə məlumatlar paylaşıblar. Qeyd edək ki, bu gün saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən […]