Heydər Əliyevin 100 illiyi yubiley medalı təsis edildi

alfonsonri
Oxunma vaxtı:23 Saniyə

Heydər Əliyevin 100 illiyi (1923-2023) ilə əlaqədar Azərbaycan Respublikasının yubiley medalı təsis edilib.

Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik edilib.

Layihədə qeyd olunub ki, “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunun 2-ci maddəsinə “Vətən Müharibəsi Qəhrəmanı” medalı hissəsindən əvvəl “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı məzmunda yeni hissə əlavə edilsin.

Layihə səsverməyə çıxarılaraq III oxunuşda qəbul olunub.

Loading

Next Post

İlham Əliyevin Qazaxıstan səfərində hansı razılıqlar əldə olundu?

Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana səfəri çərçivəsində bir sıra razılıqlar əldə olunub. Dogrusoztv.az xəbər verir ki, bu barədə Qazaxıstan baş nazirin müavini – ticarət və inteqrasiya naziri Serik Jumanqarin bildirib. Ticarət naziri qeyd edib ki, Azərbaycandan Qazaxıstana gətirilən meyvə-tərəvəz məhsullarının həcmi artırılacaq: “Mən meyvə-tərəvəz məhsullarının tədarük həcminin artırılmasını təklif etdim, […]