Laçın istiqamətində mövqelərimiz atəşə tutuldu

alfonsonri
Oxunma vaxtı:16 Saniyə

Aprelin 7-si saat 13:20-dən 13:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Saybalı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Laçın rayonunun Minkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunan istiqamətdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Loading

Next Post

İranlı diplomatların ailələri Azərbaycanı tərk etdilər - Foto

Azərbaycan hökuməti tərəfindən “persona-non-qrata” (arzuolunmaz şəxs) elan olunan İran səfirliyinin əməkdaşlarının ailə üzvləri aprelin 7-də Azərbaycanı tərk edib. Mirmahdi Mirsalampur Şərif, Qurbanəli Purmərcan Varcovi, Hadı Moğadam və Əsgər Bahari Xoş Mənzərin ailə üzvləri Biləsuvar gömrük-sərhəd buraxılış məntəqəsindən keçərək İrana daxil olublar. Xatırladaq ki, aprelin 6-da İranın Azərbaycandakı səfiri Seyid Abbas […]