Sabah hava necə olacaq?

alfonsonri
Oxunma vaxtı:31 Saniyə

Martın 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər və axşam saatlarında duman olacaq. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 6-9° isti, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 5-10° isti, gündüz 15-19° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-7° isti olacaq.

Loading

Next Post

Həcc ziyarətinin qiyməti niyə bahalaşıb? - QMİ açıqladı

“Bu il müqəddəs Həcc ziyarətinin təşkili ilə bağlı Səudiyyə Ərəbistanı Krallığının Həcc işləri üzrə Nazirliyinin irəli sürdüyü şərtlər və yenilənmiş qaydalar əsasında, habelə qiymətləri sərbəst təyin edən mehmanxana, yerüstü daşıma və digər xərclərdə artım müşahidə olunması səbəbindən ziyarətin qiyməti ötən ilkinə nisbətən artıb”. Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat […]