“Azərbaycandakı inflyasiya əsasən idxal edilib” – Əli Əsədov

alfonsonri
Oxunma vaxtı:35 Saniyə

“İnflyasiya son illərdə bütün dünyada ciddi problemə çevrilib. O cümlədən, ticarət tərəfdaşımız olan ölkələrdə inflyasiya templərinin artması müşahidə edilmiş, orta illik inflyasiya 20,4% olub. Bu proses ölkə daxilində qiymətlərin ümumi səviyyəsinin artmasına da təsir göstərib”.

Bunu Milli Məclisdə çıxışı zamanı Baş nazir Əli Əsədov deyib.

Baş nazir bildirib ki, 2022-ci ildə Azərbaycanda orta illik inflyasiya 13,9 faiz təşkil edib: “Xüsusilə ərzaq qiymətləri idxal vasitəsilə daxili ərzaq inflyasiyasına ciddi təsir göstərib. İdxal olunan məhsulların illik qiymət indeksinin artımı 22%-dən çox olub. Azərbaycandakı inflyasiya əsasən idxal edilmiş inflyasiyadır. Buna baxmayaraq, yüksək neft qiymətləri şəraitində tədiyə balansının profisitli olması, valyuta bazarında tarazlıq, qəbul edilmiş makro-fiskal çərçivə parametrləri və monetar şərait inflyasiya təzyiqlərini nisbətən məhdudlaşdırıb”.

Loading

Next Post

"İmtahan zalına bıçaq və qumbara keçirmək istəyiblər" - Məleykə Abbaszadə

“Əvvəllər imtahan zalına hansısa alətləri keçirmək istəyiblər, imtahan zalına bıçaq və qumbara keçirmək halları da olub”. Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə sənəd qəbulunun başa çatması və buraxılış imtahanlarına həsr olunmuş mətbuat konfransında deyib. O bildirib ki, kriminal xronikanı heç vaxt şişirtməyiblər: “Çünki hüquq-mühafizə […]