Sabah bəzi yerlərdə yağış yağacaq

alfonsonri
Oxunma vaxtı:33 Saniyə

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər saatlarında duman olacaq. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 5-9° isti, gündüz 13-17° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 759 mm civə sütununa enəcək.

Azərbaycanın rayonlarında səhər saatlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-9° isti, gündüz 17-22° isti, dağlarda gecə 0-4° isti, gündüz 4-7° isti olacaq.

Loading

Next Post

"Hamını eyni anda xilas etmək mümkün olmazdı" - Ərdoğan

“Dağıntılar o qədər böyük idi ki, hər binaya bir nəfər xilasedici göndərsəydik belə, hamını eyni anda xilas etmək mümkün olmazdı”.  Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiya qrup toplantısında deyib.  Türkiyə liderinin sözlərinə görə, ilk zəlzələlərdən sonra 16 300-ə yaxınlaşan afterşok qeydə alınıb: “Onlardan 45-i 5-6, 532-si isə 4-5 […]