“Bu layihəni çox əhəmiyyətli hesab edirik” – Dövlət başçısı

alfonsonri
Oxunma vaxtı:40 Saniyə

“BP ilə birgə icra etdiyiniz Səngəçal terminalına elektrik enerjisinin verilməsi layihəsi bərpaolunan enerji siyasətimizdən qaynaqlanır. Biz BP ilə razılaşdıq ki, o, Cəbrayıl şəhərində 240 meqavat gücündə günəş enerji stansiyasının tikintisində birbaşa xarici sərmayədar olacaq”.

Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşdə bildirib.

İstehsal olunmuş həmin enerjinin də Azərbaycanın enerji sisteminə daxil ediləcəyini vurğulayan dövlət başçısı bildirib: “Eyni zamanda biz Səngəçal terminalını elektrik enerjisi ilə təmin etmiş olacağıq və onlar qazdan istifadəni dayandıracaq. Həmin qaz boru kəmərinə daxil ediləcək və Avropaya yönləndiriləcək. Bir sözlə, burada üçtərəfli uduşlu vəziyyətdir. Biz 240 meqavatlıq günəş enerji stansiyasını alırıq, BP-nin Səngəçal Terminalı karbonsuz və daha səmərəli qaydada fəaliyyət göstərməyə başlayır və onların istifadə etdiyi qaz Avropaya ixrac olunur. Biz bu layihəni enerji səmərəliliyi baxımından, çox əhəmiyyətli hesab edirik”.

Loading

Next Post

İlham Əliyevin Almaniya Prezidenti ilə təkbətək görüşü olub - YENİLƏNİBs

Martın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub. Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı. Dövlət başçıları birgə foto çəkdirdilər. Prezident İlham Əliyev Fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.