İstirahət günü hava necə olacaq?

alfonsonri
Oxunma vaxtı:29 Saniyə

Fevralın 26-na gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 3-6° isti, gündüz 9-14° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 4° şaxtadan 1°-dək isti, gündüz 10-15° isti, dağlarda gecə 12-17° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.

Loading

Next Post

Krımın bu şəhərində Ukrayna bayrağı ucaldıldı

Krım yarımadasının Sevastapol şəhərində Ukrayna bayrağı ucaldılıb. Dogrusoztv.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bayraq Naximov meydanındakı tikililərin birində asılıb. Qeyd edək ki, Rusiya 2014-cü ildə Krımı ilhaq edib.