“Şahdağ” Milli Parkında yanğın məhdudlaşdırılıb – FOTO – YENİLƏNİB

alfonsonri
Oxunma vaxtı:27 Saniyə

“Şahdağ” Milli Parkının mürəkkəb relyefli dağlıq ərazisində başlayan yanğın məhdudlaşdırılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.

17:31

İsmayıllı rayonundakı meşə ərazisində yanğın başlayıb.

Yanğın bu gün Şahdağ Milli Parkının İsmayıllının Xanagah kəndi ərazisindəki meşə sahəsində başlayıb və hazırda davam edir. Əraziyə yanğınsöndürənlər cəlb olunub. Yanğın dağlıq ərazidə olduğu üçün və havanın küləkli olması səbəbindən alovun qarşısını almaq çətinləşir. Yanğın təxminən 10 hektar ərazini əhatə edir. Hazırda yanğının söndürülməsi üçün tədbirlər görülür.

Hadisənin baş vermə səbəbi hələ ki bilinmir.

Loading

Next Post

Günün qoroskopu: Maliyyə itkiləri ola bilər

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları “Horoscope” və “Astrology”yə istinadən bu günün qoroskopunu təqdim edirik. Qoç – Ciddi səylər və zəhmət olmadan uğur əldə edəcəyinizi düşünməyin. Əvvəlcədən planlaşdırılmamış və götür-qoy edilməmiş anlaşmalar risklidir. Alış-verişdə çox pul xərcləməyin. Pulu sonrakı günlərdə daha məntiqli, yaxşı şəkildə xərcləyə bilərsiniz. Yaxınlarınızla ixtilaflara yol verməmək […]