Zəlzələdə həlak olan tələbələrin cənazələri Bakıya gətirildi – VİDEO

alfonsonri
Oxunma vaxtı:17 Saniyə

Türkiyədə baş vermiş zəlzələdə həlak olan azərbaycanlı tələbələr – Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadənin cənazələri Bakıya gətirilib.

Cənazələri Heydər Əliyev Beynəlxalq Hava Limanında mərhumların yaxınları qarşılayıb.

Xatırladaq ki, Malatya şəhərindəki İnönü Universitetində təhsil alan azərbaycanlı tələbələrin meyitləri uzunmüddətli axtarışdan sonra fevralın 14-ü tarixində tapılıb.

Loading

Next Post

Mehriban Əliyevanın tapşırığı ilə daha bir humanitar yardım təyyarəsi Türkiyəyə yola düşdü - Fotolar

Türkiyədə dəhşətli zəlzələnin baş verdiyi bölgəyə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə fevralın 16-da səhər daha bir humanitar yardım daşıyan təyyarə yola düşüb. 105 tonluq humanitar yardım aparan təyyarə ilə qardaş ölkəyə zəlzələdən zərər çəkmiş insanların soyuq qış aylarında ən çox ehtiyac duyduqları qızdırıcılar və […]