7 yaşlı məktəbli qız boğaz əməliyyatında öldü

alfonsonri
Oxunma vaxtı:30 Saniyə

Qobustan rayonunda 7 yaşlı qız cərrahi əməliyyat zamanı vəfat edib.

Milli.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 2016-cı il təvəllüdlü Yağmur Məmmədova Qobustan Rayon Mərkəzi Xəstəxanasında burun-boğaz əməliyyatı üçün narkoz verildikdən sonra qəfil vəfat edib.

Qobustan şəhər A.Qayıblı adına 3 saylı tam orta məktəbin 1-ci sinif şagirdi olan Yağmurun narkozun təsirindən şoka düşdüyü və bu səbbədən vəfat etdiyi bildirilir.

Faktı ilə bağlı Qobustan Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, 3 həftə əvvəl Bakıda burun-boğaz əməliyyatı olunan məktəbli, 9 yaşlı Nadirli Ağasəlim Vüqar oğlu xəstəxanadan buraxılandan sonra yaşadığı evdə dünyasını dəyişib. 

Loading

Next Post

Prezidentin təyin etdiyi yeni rektor kimdir? - Dosye

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Xalq rəssamı Natiq Kamal oğlu Əliyevin Azərbaycan Rəssamlıq Akademiyasının rektoru təyin edilməsi ilə bağlı Sərəncam imzalayıb. “Qafqazinfo” yeni rektorun dosyesini təqdim edir. Natiq Kamal oğlu Əliyev 10 avqust 1958-ci ildə Bakıda anadan olub. 1974-1978-ci illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil alıb. Məktəbi […]