Siyəzəndə ağır qəza, ölənlərin sayı 4-ə çatdı – Yenilənib

alfonsonri
Oxunma vaxtı:39 Saniyə

Bu gün Siyəzən rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə nəticəsində 3 nəfər ölüb, 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

***

Siyəzəndə baş verən qəzanın bəzi təfərrüatları məlum olub.

Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, Şabran rayon sakini, 1992-ci il təvəllüdlü Məmmədov Nicat Kamran oğlu idarə etdiyi “Audi” markalı, 99-DN-744 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində hərəkətdə olarkən idarəetməni itirərək yolun hərəkət hissəsindən kənarda dayanan “Mercedes” markalı, 99-BB-340 dövlət qeydiyyat nişanlı yük avtomobilinə çırpılıb.

Qəza nəticəsində sürücü N.Məmmədov xəsarət alıb, avtomobildə olan 3 nəfər sərnişin isə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

***

Qəzada ölənlərin sayı 4-ə çatıb.

Həkimlərin səyinə baxmayaraq sürücü Nicat Məmmədovun həyatını xilas etmək mümükün olmayıb.

Loading

Next Post

Günün qoroskopu: Bütün işlər planlaşdırdığınız kimi alınmır

Qoç – emosional fon stabil deyil. Xırda və kiçik məsələlərə görə əhvalınızı pozmayın. Qətiyyətli və inadkar olsanız, yaxşı nəticələrə nail ola bilərsiniz. Maraqlı işgüzar təkliflər alacaqsınız. İşdə rəhbərlik ideyalarınızla maraqlanacaq. Yaxınlarınızla münasibətlərdə gərginlik yarana bilər. Sizi yaxşı anlamırlar. Siz isə izahatlara simiclik edirsiniz. Alış-veriş üçün əlverişli gün deyil. Nəzərdə tutmadığınız […]