Göyçay sakini Kəlbəcərdə yol çəkilişi zamanı yıxılaraq ölüb

Oxunma vaxtı:29 Saniyə

Kəlbəcər rayonunda işləyən Göyçay sakini bədbəxt hadisə zamanı dünyasını dəyişib.

APA-nın yerli bürosunun xəbərinə görə, Göyçay rayonu Mallı-Şıxlı kənd sakini, 1965-ci il təvəllüdlü Rüstəmov Bəhruz Xudat oğlu bu gün Kəlbəcər rayonunun Alagöl kəndi ərazisində yol çəkilişi zamanı idarə etdiyi qreyderdən yerə düşərkən ehtiyatsızlıqdan ayağı sürüşüb, yıxılaraq başı daşa dəyib.

Bəhruz Rüstəmov ağır kəllə-beyin travması aldığı üçün hadisə yerində dünyasını dəyişib.

Bəhruz Rüstəmov bir ildən çoxdur ki, Qarabağ ərazisində aparılan yol çəkilişlərində tikinti texnikası idarə edirdi.

Hazırda onun meyiti yaşadığı Göyçay rayonunun Mallı-Şıxlı kəndinə gətirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Loading

Next Post

“TurAz Qartalı - 2022” təlimində döyüş təyyarələri ilə uçuşlar edilib

“TurAz Qartalı – 2022” birgə taktiki-uçuş təlimində döyüş təyyarələri ilə ətrafı tanıma uçuşları icra edilib. Dogrusoztv.Az bildirir ki Müdafiə Nazirliyindən (MN) verilən məlumata görə, sonra təlimin planına uyğun olaraq əməliyyat uçuşları yerinə yetirilib.Uçuşlardan öncə əməliyyatın planı, hava şəraiti və digər texniki məsələlərlə bağlı brifinq təqdim edilib.Plana əsasən radioelektron mübarizə (REM) vasitələrindən istifadə […]