Azər Zahidin dostumdur deyib təhqir etdiyi qazi DANIŞDI: “Üzr istəməlidir”

Oxunma vaxtı:39 Saniyə

Teleaparıcı Azər İsmayılovun (Azər Zahid) qeyri-etik ifadə işlətdiyi qazi Amil Əliyev açıqlama verib.

BAKU.WS-in məlumatına görə, A.Əliyev Manset.az-a açıqlamasında bildirib ki, A.İsmayılov ondan üzr istəməlidir:

“İki gündür telefonlarımız susmur. Hər yerdən zəng edirlər. Azərin həmin sözü dediyini sonradan videoda görmüşəm, külək idi deyə eşitməmişəm. Azər mənə 1530 manat pul verib. Azər gəlsin, mənə desin ki, bilməmişəm, söz ağzımdan çıxıb. Üzr istəsin və həmin videonu paylaşsın, camaat da görsün ki, səhvini düzəltdi. Özümə zəng etməyib”.

Amil Əliyev bildirib ki, onun gözünün müalicəsi var, amma bunun üçün müəyyən vəsait lazımdır:

“Mənim verilişlərə çıxmağıma bir səbəb var. İki ildir evdəyəm. Bilirəm ki, xarici ölkələrdə gözümün müalicəsi var, buynuzlu qişa olarsa, gözümün biri görə bilər. Mənim efirə, canlılara çıxmağa nə istəyim, nə marağım yoxdur. Özümü göstərmək fikrində deyiləm”.

Loading

Next Post

Nazir yeni DYP rəisi təyin etdi

Daxili işlər orqanlarında yeni təyinat olub.APA-nın yerli bürosunun məlumatına görə, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Tərtər Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinə yeni rəis təyin edilib.Polis mayoru İldırım Alıyev bu vəzifəyə təyinat alıb.Buna qədər o, Daşkəsən RPŞ Dövlət Yol Polis Bölməsinin rəisi vəzifəsində çalışıb.