Qarabağdakı vəziyyət ATƏT PA-nın qış sessiyasında müzakirə oluna bilər

Dağlıq Qarabağ mövzusu ATƏT Parlament Assambleyasının 20-ci qış sessiyasında müzakirə oluna bilər. Doğrusöztv.Az bildirir ki, bunu Trend-ə ATƏT-in nümayəndəsi deyib. O bildirib ki, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvləri sessiyada iştirak üçün qeydiyyatdan keçib. Onun sözlərinə görə, bu, ATƏT regionunda, o cümlədən Azərbaycanla bağlı məsələlərin müzakirəsi üçün imkan yaradır: “Adətən, […]

Türkiyədən gətirilən minatəmizləmə texnikasının parametrləri açıqlanıb

Türkiyədən gətirilən minatəmizləmə texnikasının parametrləri açıqlanıb. Doğrusöztv.Az-ın məlumatına görə, mühəndis qoşunlarının kapitanı Şakir Zeynalov jurnalistlərə açıqlamasında bildirib ki, texnikanın ümumi kütləsi 13 tondur. Onun sözlərinə görə, texnikanın heyəti 3 nəfərdir: “Texnika 25-30 santimetr ərazidə olan minaları zərərsizləşdirmək üçün təyin olunub. Texnikanın üzərində olan 3 ədəd kamera vasitəsilə ərazini müşahidə etmək […]

Azərbaycan və Türkiyə kosmik tədqiqatlar sahəsində əməkdaşlıq edəcək – Nazir

Türkiyə və Azərbaycan kosmik tədqiqatlar sahəsində əməkdaşlıq edəcək. Doğrusöztv.Az-ın məlumatına görə, bunu Türkiyənin sənaye və texnologiyalar naziri Mustafa Varank deyib. O bildirib ki, Ankara ilə Bakı arasında razılaşma əldə olunub və hazırda imzalanma mərhələsindədir. Nazir əlavə edib ki, Türkiyə kosmik tədqiqatlar sahəsində həm də Pakistanla əməkdaşlıq edəcək.

Azərbaycan-İran münasibətləri yeni mərhələyə daxil olub – Səfir

Azərbaycanın ərazilərinin işğaldan azad olunmasından sonra Azərbaycan və İran münasibətləri yeni mərhələyə daxil olub. Doğrusöztv.Az-ın məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi İran İslam İnqilabının 42-ci illiyi ilə əlaqədar videomüraciətində deyib. S.A.Musəvinin sözlərinə görə, hazırda İran və Azərbaycan arasında səmimi əlaqələr var və bu münasibətlər daha da inkişaf […]

Ermənistan əsgərləri daha Qarabağa göndərilməyəcək – Erməni KİV-i

Ermənistan bundan sonra müddətli hərbi qulluqçuları Qarabağ ərazisinə xidmətə göndərməyəcək. Doğrusöztv.Az bu barədə Trend-ə istinadən məlumat verir. Qeyd olunur ki, Ermənistanda növbəti hərbi çağırış fevral ayında başlayıb. Bu çağırışda heç bir əsgər Qarabağa göndərilməyib. Bu ay xidmətə çağırılan bütün əsgərlər Ermənistan daxilindəki hərbi hissələrə təyin olunacaq.

Prezident İlham Əliyev: 600 Britaniya şirkəti Azərbaycanda qeydiyyatdan keçib

600 Britaniya şirkəti Azərbaycanda qeydiyyatdan keçib. Doğrusöztv.Az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev fevralın 9-da Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika məsələləri üzrə dövlət naziri xanım Vendi Mortonu qəbul edərkən deyib. Dövlət başçısı bildirib: “Görüşümüzdən əvvəl mən bəzi məlumatlara nəzər saldım və gördüm ki, demək olar 600 Britaniya şirkəti Azərbaycanda […]

Azərbaycanın azad edilmiş ərazilərində ruhlar şəhərinin şahidi oldum – Ravvin

Azərbaycanın azad edilmiş ərazilərində 30 ildir tamamilə məhv edilmiş ruhlar şəhərinin şahidi oldum. Doğrusöztv.Az-ın məlumatına görə, bunu azad edilən əraziləri ziyarət etmiş israilli ravvin Zamir İsayev İsrailin “Jerusalem Post” qəzetinə müsahibəsində deyib. Onun sözlərinə görə, Ermənistanla Azərbaycan arasında ötən il baş vermiş müharibə uzun müddət davam edən qarşıdurmaya son qoysa […]

4 hərbi qulluqçumuz mina partlaması nəticəsində xəsarət alıb – MN

Azərbaycan Ordusunun 4 hərbi qulluqçusu mina partlaması nəticəsində xəsarət alıb. Doğrusöztv.Az bildirir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, fevralın 8-dəTərtər rayonu istiqamətində mina partlaması nəticəsində Azərbaycan Ordusunun 4 hərbi qulluqçusu Duniyev Kamil Əlibala oğlu, Əhmədzadə Həsən Alik oğlu, Orucov Elşad Lətif oğlu, Ağayev Məhərrəm Oktay oğlu xəsarət alıb. İlkin tibbi […]

Prezident İlham Əliyev: Biz region ölkələri, Avropa İttifaqı arasında çox nadir əməkdaşlıq formatını yaratmışıq

BP tərəfindən istismar olunan yataqlarda yeni mənbələrin kəşf ediləcəyinə ümid edirik. Bunun üçün bizim yaxşı perspektivlərimiz var. Bu, bizim ikitərəfli əlaqələrimizin, həmçinin digər ölkələrlə olan əməkdaşlığımızın mühüm hissəsidir. Biz region ölkələri, Avropa İttifaqı arasında çox nadir əməkdaşlıq formatını yaratmışıq və buna Birləşmiş Krallıq və Amerika Birləşmiş Ştatlarının hökumətləri tərəfindən güclü […]

Prezident İlham Əliyev Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika məsələləri üzrə dövlət nazirini qəbul edib (FOTO/VİDEO) (YENİLƏNİB)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 9-da Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika məsələləri üzrə dövlət naziri xanım Vendi Mortonu qəbul edib. Böyük Britaniyanın dövlət nazirini salamlayan Prezident İlham Əliyev dedi: -Sizi Azərbaycanda görməyə çox şadam. Əminəm ki, səfəriniz yaxşı nəticələrlə çox uğurlu olacaq. Bu, bir daha ölkələrimiz arasında güclü tərəfdaşlıq münasibətlərini […]