Milli Məclisin 2021-ci il martın 9-da keçiriləcək iclasının gündəliyi məlum oldu. Doğrusöztv.Az-ın məlumatına görə, iclasın gündəliyinə aşağıdakı məsələlər daxildir: 1. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında. 2. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş). […]
İdarə rəisi minaya düşüb, vəziyyəti ağırdır (FOTO)
Ağdam rayonunda idarə rəisi minaya düşüb. Doğrusğztv.Az-ın məlumatına görə, Ağdam rayonu Mexaniki Suvarma İdarəsinin rəisi Hafiz Əzizzadə rayonun işğaldan azad olunan Novruzlu kəndində xidməti vəzifəsini yerinə yetirərkən minaya düşüb. Hadisə nəticəsində idarə rəisi ağır xəsarətlərlə xəstrəxanaya yerləşdirilib. Hazırda idarə rəisinin vəziyyəti ağır qiymətləndirilir.
Azərbaycanda Ramazan ayının başlayacağı tarix AÇIQLANDI
Azərbaycanda Ramazan ayının başlayacağı tarix açıqlanıb. Qafqaz Müsəlmanları İdarəsindən APA-ya bildirilib ki, Azərbaycanda Ramazan ayının aprelin 14-də başlanacağı gözlənilir.
Sabiq icra başçısının həbs müddəti uzadıldı
İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyev barəsində həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı təqdimata baxılıb. DOĞRUSÖZTV.AZ “Report”a istinadən xəbər verir ki, Səbail Rayon Məhkəməsində hakim Şəhla Abdullayevanın sədrlik etdiyi iclasda qərar elan edilib. Qərara əsasən, V. Hacıyev barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha üç ay uzadılıb. Qeyd edək ki, […]
Hərbçilərin maaşları ilə bağlı ŞAD XƏBƏR – RƏSMİ
Post-müharibə dövrünün bir sıra təhdidlərini, xidmətin xüsusiyyətlərini, qulluq və sosial-məişət şəraitinin mürəkkəbliyini nəzərə alaraq Müdafiə nazirinin müvafiq əmrinə əsasən hərbi qulluqçuların vəzifə maaşlarına müddətli əlavələr müəyyən edilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Əmrə əsasən, Azərbaycan Ordusunun Ermənistanla dövlət sərhədində və Azərbaycanın Qarabağ bölgəsində Rusiya Federasiyası sülhməramlı kontingentinin yerləşdirildiyi zonaya bitişik ərazilərdə […]
Paşinyan Ermənistanın sabiq prezidentini ordunu onun üzərinə qaldırmaqda ittiham edib
Ermənistanın baş naziri Nikol Paşinyan hesab edir ki, silahlı qüvvələrin baş qərargah rəisinin onun istefası barədə bəyanatı sabiq prezident Serj Sarkisyanın təsirinin nəticəsidir. Doğrusöztv.Az Trend -ə istinadla xəbər verir ki, Paşinyan bunu martın 1-də Respublika meydanında keçirilən mitinq zamanı bildirib. Paşinyan qeyd edib: “Açıq demək istəyirəm ki, baş qərargahın bəyanatı […]
“YAŞAT” Fondunun təşəbbüsü ilə İsraildən ölkəmizə humanitar həkim heyəti gəlib (FOTO)
“YAŞAT” Fondunun təşəbbüsü, İsrailin Azərbaycandakı səfirliyinin və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təşkilati dəstəyi ilə İsraildən Azərbaycana tibbi-humanitar yardım məqsədi ilə oftalmoloqlardan ibarət nümayəndə heyəti gəlib. Doğrusöztv.Az xəbər verir ki, 8 nəfərlik həkim heyəti Vətən müharibəsində yaralanmış qazilərimizin oftalmoloji cərrahi və tibbi müalicəsi məqsədi ilə humanitar yardım çərçivəsində […]
Şirkət rəhbərinin cinayət işi məhkəməyə göndərildi
Ölkəmizdə yaradılmış azad və rəqabətli bazar iqtisadiyyatı mühitindən sui-istifadə edilməklə qanun pozuntularına yol verilməsi hallarına qarşı prokurorluq orqanlarının kompleks, sistemli və ardıcıl tədbirləri davam etdirilir. Doğrusöztv.Az bildirir ki, Baş Prokurorluqdan verilən məlumatda bildirilir ki, “BMS AQRO” MMC-nin təsisçisi və direktoru Balakişiyev Mülhazil Süleyman oğlunun qanunsuz əməlləri ilə əlaqədar daxil olmuş […]
Azərbaycan Prezidenti Ermənistanın yenidən silahlanmaq xülyasını məhv etdi
Fevralın 26-da Azərbaycan Prezidenti İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında xüsusi vurğulanan məqamlardan biri də Ermənistanın yenidən silahlandırılması məsələsi idi. Müharibə bitib, region dövlətləri bölgədə üzunmüddətli və davamlı sülh, əminamanlıq yaratmaq üçün ciddi cəhdlər göstərirlər. Azərbaycanla yanaşı, Rusiya və Türkiyə də bu məsələdə olduqca ciddidir. […]
Başın sağ olsun,vətən! ŞƏHİDİMİZ VAR
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Musayev Səhman Qəşəm oğlu minaya düşərək şəhid olub. Dogrusoztv.Az xəbər verir ki, bu barədə “Qafqazinfo.az” saytına Səhman Musayevin yaxınları məlumat verib. Tərxis olunmasına 1 ay qalmış əsgərin Füzuli istiqamətində minaya düşdüyü bildirilib. Şəhidimizin nəşi doğulduğu Göygöl rayonuna gətirilib, bu dəqiqələrdə vida mərasimi keçirilir. Müdafiə […]