Azərbaycanda mayın 12-də havanın 30 dərəcə isti olacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 15-18° isti, gündüz 25-29° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 756 mm […]
Kallas Rusiyanın atəşkəsini “riyakar addım” adlandırıb və Aİ-nin yeni sanksiyalarını anons edib
Moskvanın elan etdiyi atəşkəs Rusiyada hərbi paradın keçirilməsinə imkan yaratmağa yönəlmiş “riyakar” bir addım olub, Rusiya qüvvələri isə bu zaman Ukraynadakı mülki obyektlərə hücumları davam etdirirdi. Bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Brüsseldə Avropa İttifaqı (Aİ) Xarici İşlər Şurasının iclasından əvvəl bildirib. O qeyd edib ki, Ukrayna atəşkəs rejiminə […]
WUF13-də təşkil olunacaq Biznes və İnnovasiya Mərkəzinin proqramı açıqlanıb
Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) mənzil təminatı sahəsində innovativ yanaşmaları təşviq etmək məqsədilə Biznes və İnnovasiya Mərkəzini təqdim edir. Bu mərkəz öz xüsusi proqramı vasitəsilə şəhərsalma prosesinin bütün mərhələlərini (dəyər zənciri) əhatə edən praktik həlləri, icra üsullarını və tərəfdaşlıq əlaqələrini ön plana çıxaracaq. Mərkəz WUF13-ün “Hər […]
Şəkidə Veteranlar Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini ehtiramla anıblar
Mayın 7 – də, Şəki Şəhər Veteranlar Təşkilatında, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı İB-nin, Ağsaqqalar Şurasının, Polis Veteranları Təşkilatının üzvlərinin, Şəhid ailələrinin, ictimai fəalların iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasınln 103-cü il dönümünə həsr olunmuş anım tədbiri keçirilib.Ağsaqqallar Şurasının sədri, polis veteranı Vaqif Əhmədov, […]
İlham Əliyev: Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.Paylaşımda deyilir: “Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı. Əminəm ki, Onun ruhu şaddır, çünki bugünkü Azərbaycan Onun əsəridir”.
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında Ulu öndər Heydər Əliyevin anadan olmasının 103 illiyi ilə əlaqədar paylaşım edib.Paylaşımda deylir: “Heydər Əliyev – 103. Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır. Xatirimizdədir, sevgi ilə anırıq”.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür
Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür.Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil alıb. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan […]
Prezident və birinci xanım Cəbrayılın Şükürbəyli kəndinin açılışında – YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Cəbrayıl rayonunun Şükürbəyli kəndinin açılışında iştirak ediblər. Dövlətimizin başçısı əvvəlcə kənddə inşa edilmiş 360 şagird yerlik məktəb binasının açılışını edib. Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə […]
SEPAH-la əlaqəsi olan 41 nəfər həbs edildi
Bəhreynin Daxili İşlər Nazirliyi şənbə günü bəyan edib ki, İran İslam İnqalabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli olduqları deyilən 41 nəfər saxlanılıb. Bu barədə qurumun açıqlamasında bildirilib. Nazirliyin məlumatına görə, təhlükəsizlik orqanları SEPAH-la əlaqəli bir qrupu ifşa edib. Qeyd olunur ki, prokurorluq tərəfindən aparılan araşdırmalar həmçinin “İranın hücumlarına rəğbət göstərilməsi […]
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıla səfər ediblər
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Cəbrayıl rayonunun Şükürbəyli kəndinin açılışında iştirak ediblər. Dövlət başçısı və birinci xanım 360 şagird yerlik məktəb binasında və kənddə inşa edilmiş fərdi evlərdə yaradılmış şəraitlə tanış olub, buraya köçən sakinlərlə görüşüblər. Prezident İlham Əliyev sakinlərə evlərin açarlarını təqdim edib. […]