Bakıda Azərbaycan-Ukrayna Hökumətlərarası Komissiyasının iclası keçirilib

Bakıda Azərbaycan Respublikası və Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Komissiyanın 13-cü iclası keçirilib. İclasdan əvvəl komissiyanın həmsədrləri, Azərbaycanın energetika naziri Pərviz Şahbazov ilə Ukraynanın energetika naziri German Galushchenko arasında görüş olub. Görüşdə ikitərəfli münasibətlərin qarşılıqlı etimada və səmərəli tərəfdaşlığa əsaslandığı vurğulanıb. Azərbaycanın Ukraynaya davamlı humanitar dəstəyinə görə minnətdarlıq […]

Prezident İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə geniş tərkibdə görüşü olub

Azərbaycan Prezidenti İlham Əliyevin Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə iyulun 12-də geniş tərkibdə görüşü olub. Dövlət başçısı Suriya Ərəb Respublikasının keçid dövrü Prezidentini qarşıladı. Azərbaycan Prezidenti İlham Əliyev və Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa rəsmi foto çəkdirdilər. Bu dəqiqələrdə Azərbaycan Respublikasının Prezidenti İlham […]

İsraillə müharibədən sonra həbs edilən bəzi İran vətəndaşları casusluqda ittiham olunur

İsraillə müharibədən sonra həbs olunan bir sıra İran vətəndaşları casusluqda ittiham olunur. Bu barədə İranın məhkəmə və ədliyyə sisteminin sözçüsü Əsgər Cahangir bildirib. Əsgər Cahangir bir neçə nəfərin casusluq ittihamı ilə həbs edildiyini və onların işlərinə baxıldığını bildirib: “Həbs edilənlərdən bəziləri casusluqda ittihamı olunur və onların işlərinə növbədənkənar baxılacaq”. O, […]

Suriya Prezidenti Azərbaycana işgüzar səfərə gəlib – YENİLƏNİB

Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa iyulun 12-də Azərbaycana işgüzar səfərə gəlib. Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Suriya Prezidenti Əhməd Əl Şaraanı Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər […]

Mətbuat Şurası: “Sputnik Azərbaycan” Rusiya Federal Təhlükəsizlik Xidmətinin filialından başqa bir şey deyildi

Son illərdə Rusiya Federasiyası kütləvi informasiya vasitələrindən xarici siyasət təsir aləti kimi daha fəal istifadə edir. İnformasiya fəaliyyəti pərdəsi altında ictimai rəyin formalaşdırılmasına və suveren dövlətlərdə siyasi vəziyyətin destabilizasiyasına yönəlmiş geniş miqyaslı kampaniyalar həyata keçirilir. Bu barədə Mətbuat Şurasının bəyanatında bildirilib. Qeyd edilib ki, bu cür hərəkətlər başqa ölkələrin daxili […]

Azərbaycanda ən çox nikah qeydə alınan rayon məlum olub

Ötən il Azərbaycanda hər min nəfərə düşən nikah hallarının ən çox və ən az qeydə alındığı rayonlar məlum olub. “Report”un əldə etdiyi məlumata görə, 2024-cü ildə 49 min 508 nikah qeydə alınıb. Onlardan 11 min 638-i Bakıda, 2247-si Naxçıvan Muxtar Respublikasında, 2716-sı Abşeron-Xızı iqtisadi rayonunda, 1785-i Dağlıq Şirvan iqtisadi rayonda […]

Dünya bazarlarında neft iki dollara yaxın bahalaşıb

Dünya bazarlarında neft iki dollara yaxın bahalaşıb. İyulun 11-də dünya bazarlarında neft qiymətləri artıb. Belə ki, Nyu-York birjasında (NYMEX) WTI markalı xam neftin avqust fyuçerslərinin qiyməti 1,88 ABŞ dolları və ya 2,82% artaraq 68,45 dollar/barel təşkil edib. ICE London birjasında Brent markalı neftin sentyabr fyuçersləri isə 1,72 dollar və ya […]

Şəkidə 87 yaşlı kişini elektrik cərəyanı vurub

Şəkidə 87 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb. “Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Turan qəsəbəsində baş verib. Belə ki, hadisə Abbas Qafarovun yaşadığı evin həyətində su mühərrikindən istifadə etməsi nəticəsində baş verib. Faktla bağlı araşdırma aparılır.

İsmayıllıda zəlzələ baş verib

İsmayıllıda zəlzələ baş verib. Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 07:18-də Piriqulu stansiyasından 10 km qərbdə, İsmayıllı ərazisində 3,8 maqnitudada qeydə alınıb. Zəlzələ episentrdə 4, episentrə yaxın yaşayış məntəqələrində 4-3 bala qədər hiss olunub.

Prezident ARDNF-in ötənilki büdcəsinin icrasını təsdiq edib

Prezident İlham Əliyev Dövlət Neft Fondunun (ARDNF) 2024-cü büdcəsinin icrası haqqında sərəncam imzalayıb.Ötən il ARDNF-in büdcə gəlirləri 18 milyard 39 milyon manat, büdcə xərcləri isə 12 milyard 896,4 milyon manat təşkil edib. İl ərzində Fond neft-qaz sazişlərinin həyata keçirilməsindən 12 milyard 243,7 milyon manat, o cümlədən, mənfəət neft-qazının satışından 11 […]