Bu gün Azərbaycanın müstəqilliyini bərpa etməsindən 34 il keçir.Azərbaycan Respublikasının Ali Soveti 1991-ci il oktyabrın 18-də keçirilən iclasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib. Sənəddə bildirilir ki, Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və […]
Yekaterinburq məhkəməsi Səfərov qardaşları və digər azərbaycanlıların həbs müddətini uzadıb
Yekaterinburqda bu ilin iyun ayında saxlanılan azərbaycanlıların həbs müddəti uzadılıb. Yekaterinburqun Verx-İsetski Rayon Məhkəməsi istintaqın Əhliman Gənciyev, Əziz Abasov, Şahin Lalayev, Akif, Ayaz, Bəkir, Kamal və Məzahir Səfərovların həbs müddətinin uzadılması barədə vəsatətininin təmin edilməsi barədə qərar çıxarıb. İstintaqın versiyasına görə, 2001, 2010 və 2011-ci illərdə Yekaterinburqda törədilmiş bir neçə […]
Şabranda ər arvadını bıçaqladı
Şabranda ər arvadını bıçaqlayıb. Bu gün 41 yaşlı A.Əliyevaya kəsici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub. Əməli törədən həyat yoldaşı 47 yaşlı Asim Nəcəfov Şabran RPŞ-yə gələrək polisə təslim olub. Faktla bağlı araşdırma aparılır.
Ermənistanda “beşinci kolon”un keşişləri – cəmiyyətdə yenidən vəftiz olunmaq zərurəti – ŞƏRH
Ötən gün Ermənistanda beş yüksək vəzifəli keşiş İstintaq İdarəsinə çağırılıb. “Müqəddəs Eçmiədzin” monastır kompleksinin məlumatına əsasən, onların arasında katolikos II Qareqinin qardaşı oğlu yepiskop Mkrtıç Proşyan da var. Onların nədə şübhəli bilindikləri barədə məlumat verilməyib.Bildirilib ki, Mkrtıç Proşyanla yanaşı, 12 keşiş və yeparxiyanın mühasibi, xəzinədarı və referentin də yaşadığı mənzildə […]
Aİ rəsmisi: Sanksiyalarımızda Rusiya Prezidentinin səfərlərinə qadağa yoxdur
Rusiyaya tətbiq edilən sanksiyalar Prezident Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovun aktivlərinin dondurulması ilə bağlı maddələri əhatə edir. Bu barədə ABŞ Prezidenti Donald Tramp ilə Rusiya lideri Vladimir Putin arasında Budapeştdə mümkün görüşü şərh verən Avropa İttifaqının xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Anita Hipper deyib. O əlavə edib […]
COP29 Prezidenti: Yaşıl dünya naminə həmrəylik nümayiş etdirilməlidir
Daha yaşıl bir dünya naminə həmrəylik nümayiş etdirilməlidir. Bunu COP29-un Prezidenti Muxtar Babayev Türkiyədə baş tutan Sıfır Tullantı Forumunda çıxışı zamanı deyib. Muxtar Babayev əlavə edib ki, bu məsələdə Türkiyənin liderliyi həlledici rol oynayır: “Biz onların rəhbərliyi və istiqaməti altında irəliləyirik. “Sıfır Tullantı Hərəkatı” qlobal miqyasda tanınan bir təşəbbüsə çevrilib […]
Komitə: Şuşanın tarixi mərkəzini detallı bərpa edə bilərik
Şuşa şəhərinin tarixi mərkəzini kifayət qədər detallı şəkildə bərpa edə bilərik. Bunu Bakıda keçirilən “III Milli Şəhərsalma Forumu” çərçivəsində “Gələcək şəhərlərimiz üçün gənclərin birliyi” mövzusunda keçirilən tədbirdə Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin Memarlıq və Şəhərsalma şöbəsinin müdiri Müslim İmranlı deyib. “Sadəcə, bərpa prosesi […]
Sabah bəzi rayonlara yağış yağacaq, şimşək çaxacaq – PROQNOZ
Azərbaycanın bəzi yerlərində oktyabrın 18-də havanın yağmurlu keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 17-dən 18-nə keçən gecə və səhər bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu […]
MM Prezident və Birinci vitse-prezidentə Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik məktubu ünvanlayıb
Milli Məclis 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibəti ilə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb. Bu təkliflə spiker Sahibə Qafarova parlamentin bugünkü plenar iclasında çıxış edib. O bildirib ki, sabah Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür: “Təklif edirəm ki, bu münasibətlə dövlət başçısı İlham Əliyev […]
Azərbaycan və Özbəkistan ali hərbi məktəbləri arasında memorandum imzalanıb
Özbəkistanın Səmərqənd vilayətində təşkil olunan “Birlik-2025” birgə regional təlimi çərçivəsində dəyirmi masa və “Əməkdaşlıq memorandumu”nun imzalanmasına həsr olunmuş tədbir keçirilib. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb. Tədbirdə Azərbaycan Milli Müdafiə Universitetinin rektorunun elm və təhsil üzrə müavini general-mayor Arif Həsənovun və Özbəkistan Milli Təhlükəsizlik və Müdafiə Universiteti rəisinin […]