Türkiyə ordusu 5 terrorçunu məhv ETDİ

alfonsonri

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında PKK terror təşkilatının 5 silahlısını zərərsizləşdirib. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, silahlılar İraqın 3 rayonunda aprelin 18-dən bugünədək davam edən “Pençe-Kilit” əməliyyatı zonasında məhv edilib. Müdafiə Nazirliyi Türkiyə Silahlı Qüvvələrinin bölgədə terror təhlükəsini aradan qaldırmağa davam edəcəyini bildirib.

Qabiliyyət imtahanı bu tarixdə keçiriləcək

alfonsonri

Cari ildə ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanında 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və ixtisaslaşma seçiminə buraxılan bütün bakalavrlar bitirdikləri bakalavr ixtisaslarından asılı olmayaraq, jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq üçün müraciət edə bilərlər. Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, müsabiqə şərtlərini ödəyən və […]

Qətər Əmiri İlham Əliyevi təbrik etdi

alfonsonri

Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: “Zati-aliləri. Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Qətər Dövlətinin xalqı adından, şəxsən öz adımdan Sizə və qardaş xalqınıza səmimi salamlarımı və təbriklərimi, ən xoş arzularımı çatdırıram. Zati-alinizə möhkəm cansağlığı və […]

“Atam anamı döyürdü, o da Gəncəyə gedirdi” – Röya – VİDEO

alfonsonri

Xalq artisti Röya Ayxan Gəncə konserti zamanı uşaqlıq xatirələrini bölüşüb. Müğənni səhnədə olarkən atasının anasını dəfələrlə döydüyünü deyib. “Anamdan çox mən olmuşam Gəncədə. 30 il atamda ərdə olub. Onun 12 ilini döyülüb Gəncəyə gəlib, məni də özü ilə gətirib. Ona görə də elə mən gəncəli sayılıram” deyə, Röya bildirib.

“Bolt” etiraz edən sürücülərin nömrəsi blok etdi: “Müəyyən hesablara məhdudiyyət tətbiq edilib”

alfonsonri

“Bolt” taksi sürücüləri şirkətlə bağlı şikayətlərini dilə gətirdikləri üçün sistemdən blok edildiklərini deyirlər. Şikayətlərinə gəldikdə isə baxılmadığını qeyd edirlər. Bu barədə Oxu.Az-ın redaksiyasına daxil olan məlumatda bildirilir. Eyni zamanda məsələ ilə bağlı sosial şəbəkədə də çoxsaylı paylaşımlar edilib. Belə ki, şirkətlə əməkdaşlıq edən sürücülər deyirlər ki, şirkət proqram üzərindən sürücüyə sifarişi verəndə […]

Sədərək Ticarət Mərkəzi sökülür? – RƏSMİ AÇIQLAMA

alfonsonri

“Sədərək Ticarət Mərkəzinin sökülməsi ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər həqiqəti əks etdirmir”. Bunu Trend-ə açıqlamasında Sədərək Ticarət Mərkəzinin İdarə Heyəti sədrinin müşaviri Mikayıl Qədimov deyib. O bildirib ki, yayılan məlumatlar yalandır. “Ticarət mərkəzinin sökülməsindən söhbət gedə bilməz. Yayılan videoda ticarət mərkəzinin cərgələrində aparılan təmir işləri əks olunub. Ticarət mərkəzindəki […]

Rusiyaya mal aparan azərbaycanlıların NƏZƏRİNƏ: Xərclər azalacaq – FOTO

alfonsonri

Azərbaycandan Rusiyaya tərəvəz, meyvə və giləmeyvələrin çatdırılması daha da sürətlənəcək, logistik xərclərin dəyəri isə təxminən 30% azalacaq. Bu barədə “Life Shot”  “Telegram” kanalının əldə etdiyi sənəddən məlum olur. Bildirilir ki, bu, gömrük rəsmiləşdirilməsinin təkmilləşdirilmiş formatı və sərhəddə yeni “Xudat” logistika mərkəzinin tikintisi sayəsində mümkün olacaq. Ekspertlər bildirirlər ki, müvafiq olaraq […]

Sabah 37° isti olacaq

alfonsonri

Bakıda və Abşeron yarımadasında iyunun 3-də hava şəraiti yağmursuz keçəcək. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal küləyi əsəcək. Havanın temperaturu gecə 19-23° isti, gündüz 29-34° isti olacaq. Bakıda gecə 20-22° isti, gündüz 32-34° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 50-55%, […]