Sabah Ramazan ayının 18-ci günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 9-da imsak vaxtı saat 04:44-də, iftar vaxtı isə 19:27-dədir. İmsak duası: “Allahummə nəbbihni fihi libərəkati əsharih. Və nəvvir fihi qəlbi biziyai ənvarih. Və xuz bikulli ə-zai ilət-tibai asarih. Bi-nurikə ya münəvvirə qulubil-arifin!”. Tərcüməsi: “İlahi, məni bu ayda […]
“Ermənistanın hərbi təlimlərə daxil edilməsi səhv idi” – Pentaqon
Ermənistanın “Defender 23” sırasına daxil edilməsi sadəcə olaraq Pentaqonun daxili mətbuat xidməti komandasının səhvi olub. Bu barədə ABŞ Müdafiə Nazirliyi “Amerikanın səsi”nin sorğusuna cavab olaraq bildirib. Pentaqon qeyd edib ki, Ermənistan tərəfi heç vaxt “Defender 23” təlimlərində iştirak etməyib və iştirakçılar siyahısına daxil edilməməli idi.
Ceyhun Bayrmov iranlı həmkarı ilə müzakirə apardı
7 və 8 aprel 2023-cü il tarixlərində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub. XİN-dən bildirilib ki, tərəflər qarşılıqlı şəkildə hər iki ölkənin ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşdıqlarını bildiriblər. Telefon danışığı zamanı, iki ölkə […]
Zelenski müsəlman əsgərlərlə birgə iftar etdi
Ukrayna prezidenti Volodimir Zelenski ölkənin müsəlman əsgərləri ilə birgə iftar edib. Bu barədə CNN məlumat yayıb. Ukrayna lideri Krım Müsəlman Mərkəzinin rəhbərlərinin və Ukrayna müsəlman liderlərinin nümayəndələrinin də iştirak etdiyi mərasimə qatılıb. O, ölkəsinin müsəlman icmasına təşəkkür edib: “Ramazan bayramı Ukraynanın hər yerində, hətta cəbhə xəttində və müharibə şəraitində belə […]
Abşeron icra hakimiyyətinin vəzifəli şəxsi həbs edildi
Abşeron rayon icra hakimiyyəti başçısının Mehdiabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əli Həsənovun qanunsuz əməlləri ilə bağlı keçirilən əməliyyat-axtarış tədbirləri davam Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. Baş Prokurorluqdan verilən məlumata görə, istintaq zamanı Əli Həsənovun Mehdiabad qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrində […]
Naxçıvanda daha bir Dövlət Xidmətinin baş idarəsi yaradıldı – SƏRƏNCAM
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsi yaradılıb. Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev fərman imzalayıb. Fərmana əsasən, “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin 5-ci hissəsində aşağıdakı dəyişikliklər edilib: 2.1. 5.1-ci bəndin birinci cümləsindən “(yerli baş idarə, […]
AzTV əməkdaşları İran səfirliyinin qarşısında hücuma məruz qaldılar – VİDEO
AzTV əməkdaşları İranın Azərbaycandakı səfirliyinin qarşısında hücuma məruz qalıblar. QSC-nin İctimaiyyətlə Əlaqələr və Sosial Media şöbəsindən e-huquq.az-a verilən məlumata görə, AzTV əməkdaşları iranlı diplomatların hələ də Azərbaycan ərazisini tərk edib-etmədiyi ilə bağlı məlumatı əldə etmək məqsədilə İran səfirliyinin önünə gəlib. Obyektivliyi təmin etmək üçün məlumatı dəqiqləşdirmək istəyən AzTV əməkdaşları səfirliyin tərcüməçisi […]
XİN-in mətbuat xidmətinin rəhbərindən Ağdaban soyqırımı ilə bağlı PAYLAŞIM
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Ağdaban soyqırımının 31-ci ildönümü ilə bağlı paylaşım edib. O bu barədə tviter səhifəsində yazıb. “Ermənistanın azərbaycanlılara qarşı törətdiyi Ağdaban qətliamından 31 il ötür. 130 evdən ibarət Ağdaban kəndi tamamilə yandırılıb, 779 dinc sakin işgəncələrə məruz qalıb. 39 nəfər (8 nəfər 90-100 […]
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı
Milli Məclisin 11 apreldə keçiriləcək iclasının gündəliyi açıqlanıb. İclasın gündəliyinə 11 məsələ daxil edilib. Bunlar aşağıdakılardır: 1. “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). […]
İcra başçısının baş həkim olan qardaşı işdən azad edildi – YENİ TƏYİNAT
“Şabran Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin baş direktoru Aslan Usubov TƏBİB sədri Vüqar Qurbanovun əmri ilə vəzifəsindən azad olunub. Onu bu vəzifədə Səxavət Cəbrayılov əvəz edib. Dogrusoztv.az bizim.media-ya istinadən xəbər verir ki, Aslan Usubov faktı təsdiqləyib. O, Şabran xəstəxanasındakı işindən öz xahişi ilə ayrıldığını bildirib. Aslan Usubov TƏBİB sədrinin […]