Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olmuş şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb.Sərəncamla Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdikləri igidliyə görə aşağıdakı şəxslər təltif ediliblər: 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni iləMəmmədov Azər Kərəm oğlu – polkovnik-leytenant “Vətən […]
Cənubi Qafqazda yeni dövr: Bakı və Tbilisi regionun gələcəyini cızır – ŞƏRH
Son dövrlər dünyada və regionda baş verən hadisələr, Cənubi Qafqazda dəyişən geosiyasi reallıqlar fonunda Azərbaycan Prezidenti İlham Əliyevin 6 aprel tarixində Gürcüstana səfəri xüsusi əhəmiyyət daşıyır. Çünki Bakı-Tbilisi münasibətləri hər ötən gün daha da inkişaf edir, iki ölkə arasındakı əlaqələr strateji səviyyəyə yüksəlib. Bunun isə ciddi səbəbləri var. Regionda enerji […]
İranın Kiş adasının cənubunda konteyner gəmisi hücuma məruz qalıb
İranın Kiş adasının cənubunda konteyner gəmisi hücuma məruz qalıb. Bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Agentliyinin (UKMTO) məlumatında bildirilib. “Konteyner gəmisi naməlum mərmi ilə vurulub və bu, zədələnmələrə səbəb olub. Ekipaj üzvlərinin təhlükəsizliyi təmin olunub, bütün heyət tapılıb. Ətraf mühitə təsir barədə məlumat daxil olmayıb”, – məlumatda qeyd olunub. […]
Sabah Bakıda 17, rayonlarda 23 dərəcə isti olacaq – PROQNOZ
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qeyd edilib ki, cənub-qərb küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 10-12° isti, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi 753 mm civə […]
Zəngilan şəhərinin I yaşayış mərhələsində işlər bitib
Zəngilan şəhərinin I yaşayış mərhələsində işlər bitib.Bunu Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin (BTİX) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamiyyə Rzayeva “Dost tv”nin canlı efirində deyib. Onun sözlərinə görə, işlər bitib və tezliklə təhvil veriləcək. Qeyd edək ki, 2025-ci ilin noyabrında Zəngilan şəhərinə qayıdışla bağlı ilk püşkatma […]
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb.Aprelin 10-u keçiriləcək plenar iclasın gündəliyinə 11 məsələ daxil edilib: 1. “Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi. 2. Əmək Məcəlləsində və “Təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə […]
Azərbaycanda dövlət qurumlarını hədəf alan bloklanmış saxta domen sayı 20 % artıb
Bu ilin yanvar-mart aylarında Azərbaycanda dövlət qurumlarının adına bənzər 6 saxta domen bloklanıb. “Report”un Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20 % çoxdur. Xatırladaq ki, 2025-ci ildə dövlət qurumlarını hədəf alan 40 saxta domen aşkarlanaraq bloklanıb. Bu […]
Tovuzda 19 yaşlı qız qaçırılıb, 4 nəfər saxlanılıb
Aprelin 3-də Tovuz Rayon Polis Şöbəsinə rayon sakini olan 19 yaşlı xanımın evlənmək məqsədilə zorla qaçırılması barədə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan APA-ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə xanımın yeri müəyyən edilərək ailəsinə təhvil verilib. Cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakinləri […]
Tbilisidə Mehriban Əliyevanın şərəfinə lanç verilib
Azərbaycan Respublikasının Birinci xanımı Mehriban Əliyevanın şərəfinə aprelin 6-da Tbilisidə Gürcüstanın Birinci xanımı Tamar Baqrationinin adından lanç verilib. Bu barədə AZƏRTAC məlumat yayıb.
Mədəniyyət Nazirliyinin yeni strukturunda 13 şöbə, 4 sektor formalaşdırılıb
Mədəniyyət Nazirliyinin Aparatının yeni strukturunun tərkibi məlum olub. “Report”un əldə etdiyi məlumata görə, hazırkı strukturda 13 şöbə, 4 sektor formalaşdırılıb. Bildirilib ki, “Azərbaycan Mədəniyyəti – 2040” konsepsiyası əsasında optimallaşdırmadan sonra Strateji inkişaf və kommunikasiya, həmçinin Tədbirlər və incəsənət layihələrinin idarə edilməsi adlı iki yeni şöbə və Maliyyə monitorinqi və auditi […]