Təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinə başlanılır. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib. Bildirilib ki, təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinin keçiriləcəyi tarix və məkan barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə göndərilib. Namizədlər şəxsi kabinetlərinə daxil olaraq müvafiq məlumatlarla tanış ola bilərlər. Qeyd edək ki, […]
Yasamal sakinlərinin nəzərinə!
Paytaxtın Yasamal rayonunda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. Bununla bağlı “Azərişıq” ASC məlumat yayıb. Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə bu gün Yasamal rayonunda Transformator Məntəqəsində (TM) təmir işləri həyata keçiriləcək. Bununla əlaqədar saat 10:00-dan 13:00-dək Abbas Mirzə […]
SEPAH: Hörmüz boğazı üzərində ABŞ-yə aid PUA vurulub
ABŞ-yə aid MQ9 pilotsuz uçuş aparatı (PUA) İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbçiləri tərəfindən Hörmüz boğazının üzərində hədəf alınıb. PUA vurulub və Fars körfrəzinə düşüb. Xatırladaq ki, ABŞ ordusu İranın Larak adasını atəşə tutub, ölən və yaralananlar olub.
UEFA Çempionlar Liqasında “Sabah”ın oyunlarının təqvimi açıqlanıb
UEFA Çempionlar Liqasında Liqa mərhələsinin təqvimi açıqlanıb. Azərbaycan çempionu “Sabah”ın da oyunlarının vaxtı məlum olub. Masazır təmsilçisi ilk matçını İngiltərədə “Mançester Yunayted”ə qarşı keçirəcək: “Sabah”ın oyunlarının təqvimi 10 sentyabr“Mançester Yunayted” – “Sabah” 13 oktyabr“Sabah” – “Slaviya” 20 oktyabr“Sabah” – “Borussiya” (Dortmund) 4 noyabr“Vikinq” – “Sabah” 25 noyabr“Sabah” – “Barselona” 8 […]
Kiyevə dron hücumu olub, bir azyaşlı ölüb
Rusiya ordusu Kiyevin Podolsk rayonuna dron hücumu həyata keçirib. “Ukraynskaya Pravda” xəbər verir ki, nəticədə bir azyaşlı həyatını itirib. Dron açıq əraziyə çırpılıb və yaxınlıqda yerləşən bir kafeyə maddi ziyan dəyib. Qeyd edək ki, bundan əvvəl Rusiya ordusunun Kiyev regionunda yerləşən Buça rayonuna hücumlarında 27 nəfər ölüb. Ukrayna prezidenti Volodimir […]
Bakıda və Abşeronda təmirlə bağlı 21 marşrutun hərəkət sxemi dəyişdirilib
Bakı şəhərinin və Abşeron rayonunun qəsəbələrində aparılan təmir-tikinti işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Məlumata görə, məhdudiyyət səbəbindən Sabunçu rayonunun Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsindən keçən 20 müntəzəm marşrutun (22, 24, 35, […]
Sabah Bakıya və rayonlara yağış yağacaq
[center][img]https://azadmedia.az/uploads/posts/2026-08/1787994716_377fb741-90-v.png[/img][/center]Azərbaycanda avqustun 30-da havanın yağıntılı keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi […]
İlham Əliyev Şavkat Mirziyoyevi Özbəkistanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev özbək həmkarı Şavkat Mirziyoyevi Özbəkistanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib. Təbrikdə deyilir: “Əziz Qardaşım, Əlamətdar ildönümü – Özbəkistan Respublikasının müstəqilliyinin 35 illiyi münasibətilə Sizi və Sizin simanızda qardaş xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram. […]
Azərbaycan neftinin qiyməti 93 dollara yaxınlaşıb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,58 ABŞ dolları və ya 0,63 % artaraq 92,89 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin oktyabr fyuçerslərinin qiyməti 89,64 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri […]
Gəncədə neft çənlərində yanğının söndürülməsi üzrə təlim keçirilib
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti “SOCAR Petroleum” QSC-nin Gəncə şəhərində yerləşən 6 saylı Gəncə Neft Baza Sahəsində “Neft məhsulları saxlanılan çənlərdə yanğınların söndürülməsi” mövzusunda yanğın-taktiki təlim keçirib. Bu barədə nazirlik məlumat yayıb. Belə ki, təlimin keçirilməsində əsas məqsəd yüksək yanma qrupuna aid məhsulların emal edildiyi strateji əhəmiyyət kəsb […]