Fransa prezidenti Emmanuel Makron bazar günü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Almaniya kansleri Olaf Şolts, Britaniya baş naziri Key Starmer və Macarıstanın baş naziri Viktor Orbanla telefon danışığı aparıb. Makron bu barədə X hesabında yazıb. “Bir müddət əvvəl mən Avropa Komissiyasının sədri Ursula fon der Leyen, Avropa İttifaqı Şurasının prezidenti […]
Bu gün də Bakıya qar yağacaq
Fevralın 24-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir qar yağacağı gözlənilir. Gecə və səhər yarımadanın ayrı-ayrı yerlərində intensivləşəcəyi ehtimalı var. Axşama doğru yağıntılar tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-5° şaxta, gündüz 2° şaxtadan 2°-dək […]
Polis generalı vəfat etdi – FOTO
Azərbaycanın General İcra Başçısı olmuş Ərziman Əliyev vəfat edib. Bu barədə Sfera.az-a Ə.Əliyevin yaxınları tərəfindən məlumat verilib. Qeyd edək ki, o, 2004-2007-ci illərdə Quba rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. 2007-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi vəzifəsinə təyin edilib. Ona general-mayoru rütbəsi […]
İraqın şimalında 5 PKK terrorçusu zərərsizləşdirilib
İraqın şimalında 5 PKK terrorçusu zərərsizləşdirilib. Bu barədə Türkiyə Müdafiə Nazirliyinin sosial şəbəkə hesabında bildirilib. “Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terror yuvalarını məhv etməyə davam edir. İraqın şimalındakı Qara bölgəsində müəyyən edilən 5 PKK terrorçusu hava əməliyyatı nəticəsində zərərsizləşdirilib”, məlumatda deyilir.
Bakıda bəzi yollarda qara görə endirilən sürət həddi bərpa olunub
Bakıda bur sıra yollarda qarlı və küləkli hava şəraiti səbəbindən endirilən sürət həddi bərpa olunub.Bu barəfə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Məlumata görə, Zığ dairəsi-Hava Limanı, Buzovna-Zağulba yollarında, Mərdəkan şosesində və Heydər Əliyev prospektində endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.
Bakıda dəhşət – Bir yerdə yeyib-içən 4 dostun meyiti tapıldı
Bakıda 4 nəfərin meyiti tapılıb. Hadisə paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb. Belə ki, Bakıxanov qəsəbəsində iki qonşunun meyiti öz evlərində aşkar edilib. Araşdırmalar zamanı meyiti tapılan qonşuların ötən gecə başqa iki nəfərlə birlikdə yeyib içdiyi məlum olub. Dərhal digər iki nəfərin evinə gedən əməliyyatçılar həmin şəxslərin də öldüyünü müəyyən […]
HAMAS daha 3 girovu BQXK-ya təhvil verib
HAMAS İsrail ilə mübadilə razılaşması çərçivəsində daha 3 girovu təhvil verib. Bu barədə İsrail mediası məlumat yayıb. Məlumata görə, Ömər Şem Tov, Eliya Koen və Ömər Venkertı Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verilib. Qeyd edək ki, proses Qəzzanın Nuseyrat bölgəsində baş tutub. Razılaşmaya əsasən, bu gün 6 girov İsrailə təhvil […]
Lavrov İrana səfər edəcək
Rusiya xarici işlər naziri Sergey Lavrov İrana səfər edəcək. Bu barədə “Tasnim” məlumat yayıb. Bildirilib ki, səfər fevralın 25-də baş tutacaq. Rusiya XİN rəhbəri iranlı həmkarı ilə görüşəcək. Səfər çərçivəsində Suriya ilə bağlı müzakirələrin də aparılacağı qeyd edilib.
Medvedyev Kiyevə çağırış etdi: Hazırlaşın!
Bəs 404-cü ölkə və onun indiki neonasist rejimi? Onların iki yolu var. Birincisi: amerikalıların ayaqlarına yıxılaraq, onları ehtiraslı öpüşlərə qərq edin, dərhal seçkilər elan edin və müharibənin xoşagəlməz sonluğuna hazırlaşın. Mahiyyətcə, təslim olmağa hazır olun. Bu sözləri Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev sosial şəbəkə hesabında yazıb. Medvedev “ikinci […]
Avtobuslar adi qrafikə qayıtdı
Bu gün avtobuslar adi qrafik və sxem üzrə fəaliyyətini davam etdirəcək. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb, Ötən gün təhlükəsizlik məqsədilə avtobusların fəaliyyətinə tətbiq edilən saat məhdudiyyəti aradan qaldırılıb. Qeyd edilib ki, ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar sərnişindaşımanı həyata keçirən bütün daşıyıcılar gücləndirilmiş […]