Mərakeşdə on minlərlə insanın İspaniyanın Seuta anklavı istiqamətində sərhədi qanunsuz keçməsindən sonra baş verən və ən azı 61 nəfərin ölümü ilə nəticələnən zorakılıq hərəkətlərində iştirakda şübhəli bilinən 70 nəfər saxlanılıb. Bu barədə EFE agentliyi mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, saxlanılanlarla bağlı adam öldürməyə cəhd, qəsdən yandırma, dövlət və xüsusi […]
Mərakeşdə miqrasiya böhranı zamanı zorakılıq hərəkətlərinə görə 70 nəfər saxlanılıb
Mərakeşdə on minlərlə insanın İspaniyanın Seuta anklavı istiqamətində sərhədi qanunsuz keçməsindən sonra baş verən və ən azı 61 nəfərin ölümü ilə nəticələnən zorakılıq hərəkətlərində iştirakda şübhəli bilinən 70 nəfər saxlanılıb. Bu barədə EFE agentliyi mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, saxlanılanlarla bağlı adam öldürməyə cəhd, qəsdən yandırma, dövlət və xüsusi […]
Xalq şairi Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn olunacaq
Xalq şairi Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn olunacaq.Bu barədə “Report”un sorğusuna cavab olaraq, Mədəniyyət Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, mərhum şairlə əvvəlcə Beynəlxalq Muğam Mərkəzində vida mərasimi keçiriləcək. Vida mərasiminin ardınca cənazə I Fəxri xiyabana aparılaraq orada dəfn ediləcək. Qeyd edək ki, Xalq şairi Nəriman Həsənzadə bu gün […]
İlham Əliyev İsveçrə Prezidentini milli bayramları münasibətilə təbrik edib
Azərbaycan Prezidenti isveçrəli həmkarı Qi Parmölənə təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident, İsveçrə Konfederasiyasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram. Biz Azərbaycan ilə İsveçrə arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinə böyük əhəmiyyət veririk. İnanıram ki, xalqlarımızın […]
Azərbaycanda banklar müstəqil şikayət bölməsi yaradacaq
Azərbaycanda fəaliyyət göstərən hər bir bank müştərilərdən daxil olan şikayətlərə baxılması, onların hüquqlarının müdafiəsi və şikayət prosesinin idarə olunması üçün müstəqil şikayətlərə baxılması funksiyasını formalaşdıracaq. Bununla bağlı Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Banklarda korporativ idarəetmə Standartları”na müvafiq dəyişikliklər təsdiqləyib. Əvvəllər banklardan yalnız bu qaydaların müəyyənləşdirilməsi tələb edilirdisə, yeni qərara […]
Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib. Bu barədə BDYPİ məlumat yayıb. Bildirilib ki, həftəsonu ilə əlaqədar bölgələrə səfərlərin artacağı, bununla da respublika əhəmiyyətli avtomobil yollarında nəqliyyat vasitələrinin və piyadaların hərəkət intensivliyinin yüksələcəyi gözlənilir: “Bu isə bütün yol hərəkəti iştirakçılarından daha yüksək diqqət və məsuliyyət […]
Dünya çempionatı: Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq
Bakıda keçirilən güləş üzrə U-17 dünya çempionatı davam edir. Yarışın 6-cı günündə Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq. Təsəlliverici görüş 48 kq Hüseyn Rzazadə – Amirali Faz (İran) Təsnifat mərhələsi 71 kq Tunar Quliyev – Adilet Risbay (Qazaxıstan) 92 kq Elgün Kərimli – Sakşam Fnu (Hindistan) 1/8 final 45 […]
İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib
Prezident İlham Əliyevin sosial media hesablarında 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə bağlı paylaşım edilib. Paylaşımda deyilir: “Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik – müstəqil Azərbaycan dövləti”.
Xalq şairi Nəriman Həsənzadə vəfat edib
Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, ictimai xadim Nəriman Həsənzadə vəfat edib.Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Nəriman Həsənzadə iyunun 26-da səhhətinin pisləşməsi ilə əlaqədar xəstəxanaya yerləşdirilmişdi. Nəriman Əliməmməd oğlu Həsənzadə 18 fevral 1931-ci ildə Qazax rayonunun Poylu qəsəbəsində anadan olub. 1949–1953-cü illərdə indiki Gəncə Dövlət Universitetinin Filologiya fakültəsində […]
Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib
Nazirlər Kabineti “Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları həyata keçirən daşıyıcılar tərəfindən məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinin göstərilməsinə görə ödənilən subsidiyanın hesablanması və ödənilməsi Qaydası”nı təsdiq edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, Qayda Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Xankəndi şəhərlərinin və Abşeron, Ağdam, Şuşa, Laçın […]