Sabah saat 08:00-dan mayın 27-si saat 22:00-a qədər Bakının Nizami rayonunun Elşən Süleymanov küçəsində (Rüstəm Rüstəmov küçəsindən Cəmşid Naxçıvanski küçəsinədək olan hissədə) aparılacaq əsaslı təmir işləri ilə əlaqədar, avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yayıb. “Sürücülərdən aparılan işlərə anlayışıla yanaşmaları və öncədən hərəkət istiqamətlərinə […]
May ayının pensiyaları ödənilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu respublika üzrə pensiya ödənişini yekunlaşdırıb. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirli məlumat yayıb. Bildirilib ki, mayın 8-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, bu gün isə ölkəmizin bölgələri üzrə may ayının pensiyaları, habelə güzəştli şərtlərlə təyin […]
Hökməlinin bir hissəsində qaz kəsilib
Abşeron rayonunun Hökməli qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranıb. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Məlumata görə, buna səbəb təbii qazdan qeyri-qanuni istifadə etmək məqsədilə qaz kəmərlərinə qoşulan xətlərin ləğv edilməsidir.
Rusiya XİN: Bakı və İrəvana sülh sazişinin bağlanmasında uğurlar arzulayırıq
Rusiya sülh sazişinin imzalamasında Azərbaycan və Ermənistana uğurlar arzulayır. Bu barədə ölkənin xarici işlər naziri Sergey Lavrov bildirib. O, rəsmi Moskvanın bu prosesin irəlilədilməsində ölkələrə kömək etməyə hazır olduğunu deyib. “Ermənistan və Azərbaycan arasında sülh sazişi imzalanmalıdır, biz onlara bu işdə səmimi olaraq uğurlar arzulayırıq. Aydındır ki, saziş Rusiya, Azərbaycan […]
Qazaxıstan nəqliyyat naziri: AZAL təyyarəsinin qəzası ilə bağlı toplanmış materialların tədqiqatı aparılır
Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin qəzasının araşdırılması toplanmış materialların tədqiqatı mərhələsindədir. Bu barədə Qazaxıstanın Nəqliyyat naziri Marat Karabayev Senatda bildirib. “Birinci mərhələ materialların toplanması idi. O mərhələ başa çatıb. İndi ikinci mərhələ – toplanmış materialların tədqiqatı aparılır və hazırda araşdırma mərhələsindəyik. Bu çərçivədə yerli və xarici mütəxəssislər ICAO ilə […]
MM müflis elan olunan fiziki və hüquqi şəxslərə yeni tələblərin qoyulmasını ilk oxunuşda qəbul edib
Azərbaycanda hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər (fərdi sahibkarlar) müflis elan olunduğu məqamdan və iflas prosesinə xitam verildiyi tarixdən 15 gün müddətində bu barədə vergi orqanına məlumat verməli olacaqlar. Bununla bağlı Vergi Məcəlləsində və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunda dəyişikliklər Milli Məclisin […]
MM Azərbaycanla Beynəlxalq Mülki Aviasiya Təşkilatı arasında imzalanan aviasiya memorandumunu təsdiq edib
Milli Məclis Azərbaycanla Beynəlxalq Mülki Aviasiya Təşkilatı arasında imzalanan aviasiya memorandumunu təsdiq edib. Bununla bağlı müvafiq qanun layihəsi parlamentin bugünkü plenar iclasında müzakirə olunub. Müzakirələrdən sonra “Azərbaycan Respublikası ilə Beynəlxalq Mülki Aviasiya Təşkilatı arasında aviasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində universal yoxlamalar proqramı çərçivəsində davamlı monitorinq mexanizminə dair Anlaşma Memorandumu”nun təsdiqi […]
Qarabağ Universitetinə daha çox yer AYRILDI
Qarabağ Universitetində bu il üçün plan yerlərinin sayı 28.5 faiz artırılaraq 1440-a çatdırılıb. Bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlaması ilə əlaqədar keçirilən mətbuat konfransında deyib. O bildirib ki, bu addım regionun yüksək ixtisaslı kadrlara olan tələbatını ödəməyə yönəlib.
İtaliyalı zabitə Azərbaycan HDQ komandanı adından “Dənizçi kortiki” hədiyyə olunub
“Azərbaycan Respublikasının müdafiə naziri ilə İtaliya Respublikasının müdafiə naziri arasında Hərbi Dəniz Qüvvələrinin (HDQ) şəxsi heyətinin təlim və təhsili sahəsində əməkdaşlıq haqqında Niyyət Protokolu”na əsasən, hər iki ölkənin hərbi qulluqçular yetişdirən xüsusi təyinatlı təhsil müəsisələrində təhsilin təşviqi məqsədilə uğur qazanaraq fərqlənən məzunlara HDQ komandanlığı adından xatirə hədiyyələri təqdim olunur.Bu barədə […]
Bakıda 3 məktəb direktoru İŞDƏN ÇIXARILDI
Paytaxtdakı ümumi təhsil müəssisələrində məktəb idarəetməsi, tədrisin səmərəli təşkili, təhlükəsizlik və nizam-intizam qaydalarına əməl olunması və digər müvafiq istiqamətlər üzrə aparılan monitorinqlər nəticəsində Bakı şəhəri 65 nömrəli tam orta məktəbin direktoru Arzu Miriyev, 298 nömrəli tam orta məktəbin direktoru Xatirə Hacıyeva, 158 nömrəli tam orta məktəbin direktoru Mehriban Ələkbərova ilə […]