Hər gün daşıma vasitəsi kimi istifadə etdiyimiz polietilen torbalar təbiət üçün böyük təhlükə mənbəyidir. Çünki onlar çürümədən təbiətdə yüz illərlə qalır. Ümumiyyətlə plastik tullantıların təbiətdə tam çürümə prosesi getmir. Üstəlik bu cür paketlər daha az mikronlu, daha nazik olduğu üçün külək vasitəsilə daha geniş ətrafa yayılır. Hətta su hövzələrini, sututarları, […]
Ehtiyatda olan polis polkovniki faciəvi şəkildə öldü
Ehtiyatda olan polis polkovniki Fazil Aslanov vəfat edib. “Qafqazinfo”nun məlumatına görə, o, ötən gün elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib. Hadisə Gədəbəyin Şınıx kəndində, Fazil Aslanova məxsus evdə baş verib. Məlumata görə, 58 yaşlı Aslanovu evdə iş görən zaman elektrik cərəyanı vurub. Mərhum bu gün Saray qəsəbəsində torpağa tapşırılacaq. Qeyd […]
Sürücülərin nəzərinə – Bu yollarda tıxac var
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə edilir. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib. Hazırda yollardakı vəziyyət:
Bu gün saxlanılan şöbə rəisi kimdir?
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Xaçmaz Rayon Şöbəsinin rəisi saxlanılıb. Əməliyyat zamanı saxlanılan şöbə rəisi Rahim Ağayev iki ilə yaxındır sözügedən vəzifəni tuturdu. Bu vəzifəyə kimi, Rahim Ağayev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Qəbələ Rayon Şöbəsinin rəisi vəzifəsində çalışıb. Hərbi rütbəsi polkovnik-leytenant olan Rahim […]
Milli Məclisin növbəti iclasında 49 məsələ müzakirə olunacaq
Milli Məclisin növbədənkənar sessiyasının iyulun 6-da keçiriləcək iclasının gündəliyinə təklif olunan məsələlər açıqlanıb. Gündəliyə 49 məsələ daxil edilib. Həmin məsələlər aşağıdakılardır:
Leysan, dolu, sel – Hava xəbərdarlığı
Azərbaycanın rayonlarında iyulun 4-ü günün ikinci yarısından 5-i gündüzədək bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, bəzi yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.Çaylarda sululuğun artacağı, […]
İki rayon hərbi komissarlığında əməliyyat keçirildi – Saxlanılanlar var (YENİLƏNİB)
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsində əməliyyat keçirilib. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat zamanı Cəlilabad rayon şöbəsinin mülki işçisi həbs edilib. Əlavə məlumat veriləcək. 15:53 Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə […]
Beyləqanda qazi İNTİHAR ETDİ
Vətən müharibəsi qazisi İlkin İsmayılov intihar edib. “Unikal”ın əldə etdiyi məlumata görə, 1989-cu il təvəllüdlü İ. İsmayılov Beyləqan rayonu Kəbirli kəndində yaşadığı evin yardımçı tikilisində özünü asaraq canına qəsd edib. Onun cansız bədənini anası aşkarlayıb. Qeyd edək ki, İlkin İsmayılov ailəli idi, 3 övladı var. Faktla bağlı araşdırma aparılır.
Prezidentdən 6,4 milyon manatlıq – Sərəncam
Prezident İlham Əliyev Zərdab rayonunun Ağabağı–Kəndəbil–Şıxbağı–Nəzəralılı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, dörd min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Ağabağı–Kəndəbil–Şıxbağı–Nəzəralılı avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 6,4 […]
“Pasiyentlərə ehtiyacdan artıq dərman yazılır”
“Dərmanların ticarət adının yazılması bir çox problemlərə yol açır. Elə həkimlər var ki, şəxsi maraqlar üçün firma dərmanlarını pasiyentlərə gərəksiz yerə çox yazır”. Bu fikirləri səhiyyə nazirinin müavini Rasim İsmayılov parlamentin Səhiyyə komitəsinin iclasında bildirib. O vurğulayıb ki, “elektron resept”in tətbiqi bir çox neqativ halların qarşısını alacaq: “”Elektron resept”in proqram […]