Neftimiz ucuzlaşdı

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları və ya 1,57% azalaraq 74,19 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 75,37 dollar təşkil edib. Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin […]

Avropaya tranzit terror miqrasiyası?! – Azərbaycanda məhkəmə işində şok yeniliklər

Azərbaycanda terror aktı planlaşdırdığına görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən Cinayət Məcəlləsinin 28, 214.2.1 və 28, 214.2.3-cü maddələri ilə təqsirli bilinib 10 il müddətinə azadlıqdan məhrum edilmiş Əfqanıstan vətəndaşı Favzan Musa Xan və vəkili yuxarı instansiya məhkəməsinə apellyasiya şikayəti verib. 1990-cı il təvəllüdlü Favzan Musa Xan (Fawzan Mosa Khan) […]

Sumqayıtda yaşayış binasında güclü partlayış -YENİLƏNİB/FOTOLAR

Sumqayıtda yaşayış binasında partlayış olub. Yenixeber.org xəbər verir ki, hadisə 13-cü mikrorayonda yerləşən 9-cu binada qeydə alınıb. Əraziyə təcili təcili tibbi yardım və Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb edilib. İlkin ehtimala görə, partlayış qaz sızmasından olub. *** DİN Mətbuat Xidmətindən bildirilib ki, Sumqayıt şəhərində yaşayış binalarının birində baş vermiş […]

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Dekabrın 3-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 28-ci iclasında iştirak etmək məqsədilə İran İslam Respublikasının Məşhəd şəhərinə yola düşüb.Bu barədə  Xarici İşlər Nazirliyi məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı və ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Üç ölkə Suriya ilə bağlı görüş keçirəcək

Yaxın zamanlarda Türkiyə, Rusiya və İran Astana formatında Suriya ilə bağlı görüş keçirə bilər. Bu barədə məlumatı Türkiyənin xarici işlər naziri Hakan Fidan açıqlayıb. Nazirlər səviyyəsində keçirilməsi gözlənilən görüşdə Suriyada vəziyyətin nizamlanması məsələsi müzakirə ediləcək.  H.Fidanın sözlərinə görə, o, artıq Astana prosesinin bərpa edilməsini rusiyalı həmkarı Sergey Lavrovla müzakirə edib. […]

İmtahan nəticələri açıqlandı

Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə”yə və Baş Prokurorluğun “İşin Təşkili Qaydaları”na uyğun olaraq cari ildə prokurorluq orqanlarında qulluğa qəbulla əlaqədar elan edilmiş müsabiqənin ikinсi – yazılı imtahan mərhələsinə yekun vurulub. Yazılı imtahanda […]

Baş Prokurorluq: Ermənistandan son deportasiya zamanı 216 azərbaycanlı qətlə yetirilib, 6522 nəfər zərərçəkmiş kimi tanınıb

Ermənistandan son deportasiya zamanı 216 azərbaycanlı qətlə yetirilib, 6522 nəfər zərərçəkmiş kimi tanınıb. Bunu Baş Prokurorluğun İstintaq idarəsinin rəis müavini Qasım Məmmədov parlamentdə keçirilən “Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdış” mövzusunda dinləmədə deyib. Onun sözlərinə görə, qərbi azərbaycanlılara qarşı törədilmiş cinayətlər şərti olaraq istintaq dövründə dörd mərhələyə bölünüb: “Bu, 1905-1907, […]

Sabah leysan yağacaq

Dekabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, sabah Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı, yarımadanın ayrı-ayrı yerlərində yağışın leysan xarakterli olacağı gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 6-8° isti, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi normadan […]

Prezident qəbul keçirdi

Azərbaycan Prezidenti İlham Əliyev Qvineya-Bisaunun xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki icmalar naziri Karlos Pinto Pereiranın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətinə Qvineya-Bisaunun Ətraf mühit naziri Viriato Kassama da daxildir.

“Neftçi” – “Qarabağ” oyununda mövsümün azarkeş rekordu qeydə alınıb

Misli Premyer Liqasının XV turunda keçirilmiş “Neftçi” – “Qarabağ” oyununda mövsümün azarkeş rekordu qeydə alınıb. “Neftçi Arena”da baş tutan Azərbaycan derbisini tribunadan 7069 tərəfdar izləyib. Buna qədər cari mövsümün rekordu da məhz Ağdam təmsilçisinin matçında qeydə alınıb. “Köhlən atlar”ın IX turda səfərdə “Sumqayıt”ı məğlub etdiyi (1:0) görüşdə 7000 fanat olub. […]