Qəzza zolağından İsrailin iki, Taylandın beş vətəndaşı azad edilib

İsrailin iki və Taylandın beş vətəndaşı Qəzza zolağından azad edilərək İsrail Ordusuna təhvil verilib. Bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb. “İsrail hökuməti yeddi azad edilmiş şəxsi səmimiyyətlə qarşılayır. Vətəndaşlarımızın siyahısı: Arbel Yehud, Qadi Mozes. Bundan əlavə, beş Tayland vətəndaşı da azad edilib”, – bəyanatda qeyd olunub. Baş nazirin […]

İlham ƏIiyev Donald Trampa başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa Vaşinqton şəhəri yaxınlığında sərnişin təyyarəsinin hərbi helikopter ilə toqquşması nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı başsağlığı verib. Başsağlığında deyilir: “Vaşinqton şəhəri yaxınlığında sərnişin təyyarəsinin hərbi helikopter ilə toqquşması nəticəsində çox sayda insanın həlak olması barədə xəbər bizi son dərəcə kədərləndirdi. Bu faciə […]

DİM xaricdə ali təhsil alan 268 nəfər üçün peşə tanınması üzrə imtahan keçirib

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə xarici dövlətlərdə ali təhsil alan şəxslər üçün peşə tanınması üzrə imtahan keçirib. Bu barədə DİM məlumat yayıb. Bildirilib ki, DİM-in elektron imtahanlar korpusunda təşkil olunan imtahan saat 11:00-da başlanıb və 1 saat davam edib. İmtahanda iştirak etmək üçün […]

İranın birinci vitse-prezidenti: Qonşu ölkələrlə münasibətin inkişafı bizim üçün prioritetdir

İranın xarici siyasətində qonşu ölkələrlə münasibətin inkişafı prioritet məsələdir. Bunu İran prezidentinin birinci müavini Məhəmməd Reza Aref Qazaxıstana səfəri öncəsi Tehranda Mehrabad Hava Limanında jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, İranın özəl sektorunun qonşu və region ölkələri ilə əlaqələri yaxşılaşdırması planlaşdırılır. Qeyd edək ki, M.R.Aref Qazaxıstana ikigünlük səfərə yola düşür.

İlkin tibbi sanitariya yardımı xidməti ilə bağlı İşçi Qrup yaradılıb

İlkin tibbi sanitariya yardımı xidmətinin hazırlanması ilə bağlı Səhiyyə Nazirliyi və İcbari Tibbi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) birgə İşçi qrup yaradıb.Bununla bağlı İTSDA sədri Zaur Əliyev Milli Məclisdə keçirilən “İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları” mövzusunda dinləmədə deyib. O qeyd edib […]

Bu ərazidə işıq olmayacaq

Lənkəranda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.Bununla bağlı “Azərişıq” ASC məlumat yayıb. Bildirilib ki, Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində yerləşən 110/35/10 kV-luq “Lənkəran-2” yarımstansiyasından qidalanan 10 kV-luq 5 saylı hava xəttində aparılan təmir işləri ilə əlaqədar yanvarın 30-da elektrik xətləri sifarişə əsasən açılacaq. Bununla əlaqədar olaraq saat […]

Qəzada ölən İcra Hakimiyyəti əməkdaşının – Fotosu

Xəbər verdiyimiz kimi, Salyanda “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı kollektora aşması nəticəsində Məmmədov Aqil Amil oğlu, İsmayılova Nərmin Güləli qızı və onun azyaşlı övladları İ.R. və İ.H. suda boğularaq ölüb. 1993-cü il təvəllüdlü A. Məmmədov Salyan Rayon İcra Hakimiyyətində təlimatçı işləyib. A. Məmmədovun fotosunu təqdim edirik: Qeyd edək […]

Bakının bir sıra yollarında tıxac müşahidə olunur

Bakının bir sıra yollarında tıxac müşahidə olunur. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 2. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 3. Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində; 4. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli […]

Türk dünyasının liderləri Bakıya GƏLƏCƏK

Türk Dövlətləri Təşkilatının (TDT) 12-ci rəsmi Zirvə görüşü Azərbaycanda baş tutacaq. Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib. Zirbə görüşünün tarixi dəqiq açıqlanmayıb. Hakan Fidan əlavə edib ki, qeyri-rəsmi Zirvə görüşü Macarıstanda keçiriləcək. Xatırladaq ki, TDT-nin 11-ci Zirvə görüşü ötən il noyabrın 6-da Qırğızıstanın paytaxtı Bişkekdə baş tutub. Təşkilatın […]