Bakıda keçiriləcək UFC turnirinin cədvəli açıqlandı

Dünyanın aparıcı qarışıq döyüş sənəti təşkilatı olan UFC, Azərbaycana çox gözlənilən qayıdışını rəsmi olaraq elan edib.  UFC FIGHT NIGHT BAKU 27 iyun şənbə günü  Milli Gimnastika Arenasında keçiriləcək. Gecənin əsas döyüşündə Azərbaycanlı təmsilçi Rafael Fiziev Manuel Torres ilə beş raundlu yüngül çəki qarşılaşmasında üz-üzə gələcək. İkinci-əsas döyüşdə isə azarkeşləri ulduz […]

Onların övladlarının təhsilhaqqını dövlət ödəyəcək – Prezident təsdiqlədi

Minatəmizləmə fəaliyyəti həyata keçirən zaman həlak olmuş minatəmizləyənlərin övladlarının təhsilhaqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. Bununla bağlı Prezident İlham Əliyev Vergi Məcəlləsində, “Təhsil haqqında” və “Minatəmizləmə fəaliyyəti haqqında” qanunlarda dəyişiklikləri təsdiq edib. Vergi Məcəlləsinə edilən dəyişiklik minatəmizləmə fəaliyyətini həyata keçirən zaman vəzifə borcunu yerinə yetirərkən həlak olmuş minatəmizləyənlərin ailə üzvlərinin […]

Sumqayıt Dövlət Universitetinə rektor təyin olundu

Nurəli Adil oğlu Yusifbəyli Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Qeyd edək ki, SDU-nun keçmiş rektoru Rüfət Əzizov ötən il ADNSU-ya rektor təyin olunmuşdu. Bundan sonra Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Əminağa Sadıqov Sumqayıt Dövlət Universitetində rektor əvəzi vəzifəsini […]

Azərbaycan və Ekvador diplomatik, rəsmi və xidməti pasport sahiblərini vizadan azad edir

Azərbaycan və Ekvador qarşılıqlı olaraq diplomatik, rəsmi və xidməti pasport sahiblərini viza tələbindən azad edir. Bu barədə Azərbaycan və Ekvador Hökumətləri arasında diplomatik, rəsmi və xidməti pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında saziş imzalanıb. Qeyd edək ki, imzalanma Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədovun Ekvadora səfəri çərçivəsində baş […]

Enerjidən strateji tərəfdaşlığa: Azərbaycan-İtaliya münasibətlərinin dərinləşən modeli – ŞƏRH

4 may tarixində İtaliya Nazirlər Şurasının Sədri Corciya Meloninin Bakıya rəsmi səfəri və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü iki ölkə arasındakı münasibətlərin son illərdə qazandığı strateji dərinliyin məntiqi davamıdır. İtaliya rəsmisinin İrəvandan birbaşa Bakıya səfər etməsi isə diplomatik dildə müəyyən məna daşıyır və kifayət qədər mesaj ehtiva edən jest kimi […]

Prezident 19-cu “Caspian Agro Week” və 31-ci “InterFood Azerbaijan” sərgiləri ilə tanış olub

Mayın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Bakı Ekspo Mərkəzində 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu – “Caspian Agro Week” və 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi – “InterFood Azerbaijan” ilə tanış olublar.

Prezident İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 5-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edib. Söhbət zamanı dövlət başçısının Martin Çunqonqla görüşləri məmnunluqla xatırlanıb. Parlamentlərarası İttifaqın Baş katibi Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı əldə edilmiş nailiyyətlər, həmçinin ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası münasibətilə Prezident […]

Ceyhun Bayramov Kaya Kallasla görüşüb

Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasla görüşüb. Bu barədə XİN-in “X” hesabında bildirilib. Qeyd edilib ki, səfər dəyişən regional və qlobal dinamika fonunda Azərbaycan–Aİ əlaqələrinin və dialoqunun əhəmiyyətini vurğulayır. “Bu, qarşılıqlı hörmət və […]

WUF13 günlərində “yaşıl zolaq”lara daxil olmaq qayda pozuntusu hesab olunacaq

WUF13-lə bağlı yaradılacaq “yaşıl zolaqlar”a daxil olmaq qayda pozuntusu hesab olunacaq. Bunu WUF13 tarixlərində nəqliyyatın idarə olunması planının təqdimatına dair brifinqdə Daxili İşlər Nazirliyi Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin rəisi Namidan Piriyev deyib. O qeyd edib ki, yeni tətbiq olunan “yaşıl zolaq” adlanan avtobus zolaqlarında digər nəqliyyat vasitələrinin hərəkətinə ciddi nəzarət […]

WUF13 zamanı nəqliyyat üçün əsas istifadə olunacaq obyektlər açıqlanıb

Son statistikaya əsasən 176 ölkədən 26 mindən çox iştirakçı artıq WUF13 tədbirində iştirak üçün qeydiyyatdan keçib və bu miqyas bizim üçün ciddi məsuliyyətdir. Bunu WUF13 tarixlərində nəqliyyatın idarə olunması planının təqdimatına dair brifinqdə WUF13 Azərbaycan Əməliyyat Şirkətinin nəqliyyat şöbəsinin müdiri Vüqar Aslanov deyib. O qeyd edib ki, belə bir tədbirin […]