Azərbaycan Ordusunun avqustun 3-də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinə qarşı apardığı “Qisas” əməliyyatı ilə bağlı mətbuat konfransı keçirilib. Oxu.Az xəbər verir ki, Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazov əməliyyatın detallarını açıqlayıb. O qeyd edib ki, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni […]
Azərbaycanda məscidlərdə qadınlara vəzifə veriləcək
“İslam dininə aid ibadət yerləri üzrə (məscidlər) elan olunmuş 39 vakant vəzifə içərisində qadın dini ayinlərin icraçısı vakansiyası yoxdur. Ancaq növbəti vakansiya elan edilən zaman bunun da olmasını nəzərdə tuturuq”. Dogrusoztv.az “report”a istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, budəfəki elan […]
Birinci Qarabağ Müharibəsi əlillərinə birdəfəlik ödəmənin DETALLARI AÇIQLANDI
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsinə başlanılıb.Bu barədə Sonxeber.az-a ƏƏSMN-dən məlumat verilib. Bildirilib ki, proqram “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun qüvvəyə mindiyi 1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuları və daxili işlər orqanları əməkdaşlarını, […]
“TikTok”da canlı yayım edən hərbçilər ordu sıralarından çıxarıldılar – FOTO
Sosial şəbəkələrdə canlı yayım açan hərbçilər ordudan xaric edilib. Bu barədə BiG.AZ-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları kiçik çavuş Fərəcov Sənan Məhəmməd oğlu və əsgər Bayramlı Yusif Eldar oğlunun Müdafiə Nazirliyi rəhbərliyinin müvafiq əmr və sərəncamlarına zidd olaraq xidmət zamanı smartfon tipli telefonlardan […]
Şuşa Rayon İcra Hakimiyyətinin yeri dəyişdirildi
Şuşa Rayon İcra Hakimiyyəti yeni ünvana köçürülüb. Oxu.Az-ın əldə etdiyi məlumata görə, Bakı şəhəri, N.Nərimanov rayonu, G.Qədirbəyova küçəsi 9 ünvanında yerləşən Şuşa RİH bir neçə gün ərzində binanı boşaltmalı olub. Hazırda Şuşa RİH Koroğlu Rəhimov küçəsində yerləşən köhnə binaya qaytarılıb. Onu da xatırladaq ki, binada əvvəllər Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı […]
Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, avqustun 3-də Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 21-26, gündüz 33-38, Bakıda gecə 24-26, gündüz 35-37 dərəcə isti olacaq. Atmosfer təzyiqi 756 […]
Qazimizin qız övladı dünyaya gəldi – FOTO-VİDEO
Vətən müharibəsində ağır yaralanaraq iki ayağını itirən qazimiz Həsən Mehdiyevin Zəhra adlı qız övladı dünyaya gəlib. BiG.AZ xəbər verir ki, bu barədə son zamanlar paylaşımlarıyla gündəmdə olan fintes məşqçisi Kamil Zeynallı özünün “İnstagram” səhifəsində yazıb. “Zəhra bala, qədəmlərin mübarək olsun. Doğum evindən çıxarıb evlərinə apardıq. Yaralanan gündən yanında olduğum və sevərək əziyyətini […]
Prezident İlham Əliyev Mərakeş kralını təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Mərakeşin Kralı Əlahəzrət VI Məhəmmədə təbrik məktubu göndərib. Məktubda deyilir: “Əziz Qardaşım, Ölkənizin milli bayramı münasibətilə Sizə və Sizin simanızda qardaş Mərakeş xalqına öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram. Əminəm ki, Azərbaycan-Mərakeş ənənəvi dostluq əlaqələrini möhkəmləndirmək, həm […]
Azərbaycanda koronavirusa yoluxanların SAYI KƏSKİN ARTDI
Azərbaycan Respublikasında son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına 393 yeni yoluxma faktı qeydə alınıb, 302 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən bir nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 798 404 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən […]
Bakıda ətraf mühiti çirkləndirən şəxslər barədə protokollar tərtib olunub
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitariya-gigyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirləri davam etdirir. Bu barədə nazirlikdən məlumat verilib. İyulun 27-də keçirilən növbəti belə tədbirlər zamanı Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsi ərazisində “QAZ-52” markalı avtomobillə Hövsan su kanalına çirkab suların […]