Türk Dövlətləri Təşkilatının Baş katibi Kuban Omurali Azərbaycana səfərə gəlib. Bu barədə qurumun saytında məlumat verilib. O, Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşündə iştirak edir. Baş katibin Azərbaycanda yüksək səviyyəli rəsmilər və beynəlxalq təşkilatların rəhbərləri ilə görüşü gözlənilir. Mənbə: Turkicstates.org
Şeyxdən Hacı Şahinlə bağlı paylaşım
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə bu gün ürəktutmadan dünyasını dəyişən Hacı Şahin Həsənli ilə bağlı paylaşım edib. Dogrusoztv.az- ın məlumatına görə, şeyxülislam sosial şəbəkə hesabında aşağıdakıları qeyd edib. “Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü ilahiyyatçı Hacı Şahin Həsənli haqqın dərgahına qovuşub. Yaxınlarına, sevənlərinə Allahdan səbr diləyirik, […]
Zaqatalada üç aylıq körpə ölüb
Zaqatalada üç aylıq körpə ölüb. APA-nın məlumatına görə, hadisə bu gün səhər saatlarında Zaqatala Rayon Mərkəzi Xəstəxanasında baş verib. Rayonun Aşağı Tala kənd sakini, 03.12.2022-ci il (üç aylıq körpə) təvəllüdlü Rəfail Tural oğlu Rəşidov bu gün səhər saat 06 radələrində xəstəxanaya daxil olub. Həkimlərin səyinə baxmayaraq, üç aylıq körpə xəstəxanaya […]
Hacı Şahin ilə vida mərasimi keçirilir: Dəfn yeri bilindi – YENİLƏNİR + FOTO/CANLI YAYIM
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənlinin dəfn yeri açıqlanıb. “Əjdərbəy” məscidinin icma sədri, Hacı Həmdüllah Babayev Oxu.Az-a açıqlamasında bildirib ki, o, “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılacaq. H.Babayev qeyd edib ki, dəfn mərasimi saat 15:00-da planlaşdırılır. 09:27 Hazırda Məşədi Dadaş məscidində Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin […]
Bakıda Qoşulmama Hərəkatının Zirvə görüşü keçirilir – Canlı
Martın 2-də Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirilir. Zirvə görüşündə 70-ə yaxın ölkənin dövlət və hökumət başçıları, 5 ölkənin, o cümlədən Bosniya və Herseqovina, Türkmənistan, Özbəkistan, İraq, Liviyanın prezidentləri, üç ölkənin – Kuba, Qabon, Tanzaniyanın vitse-prezidentləri, Əlcəzair və Keniyanın Baş nazirləri, müxtəlif ölkələrin yüksəksəviyyəli […]
Hacı Şahinin ölüm səbəbi məlum oldu
Xəbər verdiyimiz kimi, Məşədi Dadaş Məscidinin imamı Hacı Şahin Həsənli vəfat edib. İlahiyyatçı bu gün səhər 5 radələrində Yasamal rayonunda yerləşən evində ürəktutmadan dünyasını dəyişib. O, bu gün dəfn ediləcək. Qeyd edək ki, 48 yaşlı Hacı Şahin Həsənli, həmçinin Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi idi.
Türkmənistan Prezidenti Azərbaycana gəlib – FOTO
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov martın 2-də Azərbaycan Respublikasına səfərə gəlib. Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.
Ekoloji cinayətə son! – Aksiyanın 81-ci günüdür
Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı könüllü gənclər və ekoloqlar tərəfindən Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan etiraz aksiyası 81 gündür davam edir. Havanın şaxtalı olmasına baxmayaraq, hazırda aksiya iştirakçılarının Laçın-Xankəndi yolunda fəallığı müşahidə olunur. […]
Hacı Şahin qəfil VƏFAT ETDİ
Tanınmış ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Hacı Şahin Həsənli dünyasını dəyişib. Bu barədə onun rəsmi “Facebook” səhifəsində məlumat verilib. Yaxınlarının verdiyi məlumata görə, Hacı Şahin ürəktutmasından vəfat edib.
Azərbaycanlı idmançı Ukraynada HƏLAK OLDU
Ukraynada gedən müharibədə daha bir azərbaycanlı həlak olub. Bu barədə sosial şəbəkədə məlumat yayılıb. Bildirilib ki, Amil İltifat oğlu Sultanov Donetsk uğrunda döyüşlərdə həyatını itirib. Məlumata görə, əslən Lənkəran rayonundan olan Amil Sultanovun dəfn mərasimi Zaporojyedə keçiriləcək. Onun idmançı olduğu deyilir. Axar.az