Britaniya Azərbaycan Ordusunun hərbçiləri üçün təlim keçdi

alfonsonri

Böyük Britaniya Azərbaycan Ordusunun hərbçiləri üçün təlim keçib. Bunu Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld tvitterdə yazıb. O qeyd edib ki, praktiki təlimlər BMT-nin nizamnaməsinə uyğun davranış qaydaları və silahlı münaqişə hüququ kimi mövzuları əhatə edib. Diplomatın sözlərinə görə, 4 həftəlik Çoxmillətli Sülhü Dəstək Əməliyyatları Kursu martın 24-də başa çatıb.

Xankəndi yolu ilə qanunsuz hərbi daşımalar davam edir – VİDEO

alfonsonri

Martın 24-də növbəti dəfə Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə qanunsuz hərbi daşımaları icra edən kolonun hərəkəti müəyyən edilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Rusiya sülhməramlı kontingentinə məxsus 1 ədəd ZTR-82A döyüş maşını, ermənilərə məxsus 3 ədəd tentli KamAZ və üzərində yanacaq çəni olan 1 ədəd KamAZ avtomobilinin hərəkəti texniki […]

“Dilarə ilə mən qışqırırdıq, maşın çevrilirdi” – Mehriban Zəki

alfonsonri

Martın 22-si əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin ölümü nəticələnən qəzada yaralanan Xalq artisti Mehriban Zəki hadisədən sonra ilk dəfə paylaşım edib.  M.Zəki O.Əliyev haqda xatirələrini bölüşüb: “İlk tanıdığım gündən hər zaman bütün problemlərin həllini tapar, xəstələnəndə belə problem yoxdur keçib gedəcək deyər, insanları yalnız gülərüz görmək istər, hər zaman hamını […]

Ramazanın 3-CÜ GÜNÜ: İlahi, bu gün məni səfehlik və dərrakəsizlikdən uzaqlaşdır

alfonsonri

Müqəddəs Ramazan ayının artıq ikinci gününü yaşayırıq. Şeytanın qandallandığı bu ayda insanlar ancaq xeyirə vəsilə olan işlər görməli, cisim və ruhlarında təmizlənmə aparmalıdırlar. Ona görə də ən vacib olan nemətlərdən biri də ağıldır. Sağlam düşüncə də Ramazanın 3-cü günündə bəndənin Allahdan istədiyi nemətlərin başında gəlir.  “İlahi, bu gün mənə hüşyarlıq […]

“Qarabağ”-“Qalatasaray” matçına gedəcək azarkeşlərin nəzərinə!

alfonsonri

Martın 26-da “Qarabağ” və “Qalatasaray” futbol komandaları arasında keçiriləcək yoldaşlıq oyunu ilə əlaqədar azarkeşlərin daşınması məqsədilə “Qara Qarayev” metrostansiyası və Səməd Vurğun bağını (Dilarə Əliyeva küçəsi) Bakı Olimpiya Stadionu ilə əlaqələndirən X1 və X2 nömrəli ekspres marşrutlar təşkil edilib. Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, ekspres xətt üzrə avtobuslarla […]

İlham Əliyev misirli həmkarı ilə danışdı

alfonsonri

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi martın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Əbdülfəttah Əs-Sisi müqəddəs Ramazan ayının başlanması münasibətilə dövlətimizin başçısına və Azərbaycan xalqına təbriklərini çatdırıb, Misirin hər iki xalqın maraqları naminə ölkəmizlə məkdaşlığı genişləndirməkdə əzmli olduğunu vurğulayıb. Telefon […]

Azərbaycan XİN Paşinyana CAVAB VERDİ

alfonsonri

Sülh sazişinə nail olmaq üçün Ermənistan xoş niyyətlə danışıqlar aparmalıdır. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Ermənistanın baş naziri Nikol Paşinyanın tvitinə cavab olaraq yazıb. “Regionumuzda ərazi bütövlüyü və suverenliyinə hörmət hökm sürməlidir və istənilən eskalasiya beynəlxalq hüququn norma və prinsipləri əsasında həll edilməlidir. Beynəlxalq […]

Xankəndi-Laçın yolundakı aksiyanın 103-cü günüdür

alfonsonri

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 103 gündür davam edir. Aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər. Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə boyu da heç bir insident baş verməyib. Həmişə olduğu kimi, etirazçılar bu […]

Ərdoğan TDT-dən danışdı: Başda Azərbaycan olmaqla…

alfonsonri

Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan qardaş ölkələrin zəlzələ fəsadlarının aradan qaldırılmasında dəstəyini gördük. bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NTV və STAR TV-yə verdiyi müsahibəsində bildirib. TDT-yə üzv ölkələrin Türkiyəyə bütün güclərini səfərbər edərək köməklik göstərdiyini deyən Türkiyənin dövlət başçısı söyləyib: “Biz TDT ilə artıq bir bədənin üzvləri […]

BMT: “Dünya sakinlərinin dörddə biri içməli sudan məhrumdur”

alfonsonri

BMT-nin çərşənbə günü dərc etdiyi hesabata görə, dünya əhalisinin təxminən 26%-i təmiz və təhlükəsiz içməli sudan, 47%-i əsas kanalizasiya xidmətlərindən məhrumdur. Hesabatda deyilir ki, planetin bütün sakinlərinin təmiz su və kanalizasiya ilə təmin olunması üçün hər il 600 milyard dollardan 1 trilyon dollara qədər vəsait ayrılmalıdır. Bildirilir ki, dünya su […]