Pirşağı və Ləhic bağlarında işıq olmayacaq

Bu gün Maştağa Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 35/10/6 kV-luq “Pirşağı” yarımstansiyasından çıxan 580. 1 və 2 nömrəli hava xətlərində təmir işləri aparılacaq. Bu barədə “Azərişıq” ASC məlumat yayıb.  Bildirilib ki, bununla əlaqədar olaraq saat 10:00-dan 14:30-dək Pirşağı bağlar massivi və Ləhic bağları adlanan ərazilərdə elektrik enerjisinin verilişində […]

ABŞ Prezidenti İlham Əliyev və Nikol Paşinyana sülh yaratdıqlarına görə təşəkkür edib

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyana sülh yaratdıqlarına görə təşəkkür edib.O bunu Sülh Şurasının ilk iclasında bəyan edib. “İki ölkə arasında 32 il münaqişə var idi. Buna 24 saat içində son qoyduq”, – o deyib. D.Tramp İlham Əliyev və Nikol Paşinyana müraciət […]

Məhkəmə Səfərbərlik Xidmətinin sabiq idarə rəisi barədə qərar qəbul edib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Xəzər rayon idarəsinin sabiq rəisi Ramin Şükürovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Ramin şükürov barəsində olan hökmün tamamilə ləğv edilməsini, barəsində bəraət qərarın verilməsini […]

Bir vəkilin fəaliyyəti dayandırılıb

Yol verilən intizam pozuntularına görə 1 vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb. Bu barədə Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin fevralın 18-də keçirilən növbəti iclasında qərar qəbul olunub. Bundan başqa, 1 vəkilə xəbərdarlıq tətbiq edilib, 1 vəkil isə cərimələnib.

Trampdan Ramazan TƏBRİKİ 

ABŞ Prezidenti Donald Tramp dünya müsəlmanlarını Ramazan ayının başlaması münasibətilə təbrik edib. Həmin məktubunu təqdim edirik: “Bu gün Ramazan ayının başlanmasını qeyd edən hər kəsi səmimi qəlbdən salamlayır və ən xoş, ən ülvi arzularımı çatdırıram. Ramazan ayı mənəvi yenilənmənin, dərin təfəkkürün və Uca Tanrının saysız-hesabsız nemətlərinə şükür etməyin müqəddəs zamanıdır. […]

Üç rayonda itkin şəhidlərimiz torpağa tapşırıldı

Fevralın 19-da Birinci Qarabağ müharibəsinin itkin şəhidləri Vüqar Səlim oğlu Babayev Göyçayda, Azad Sabir oğlu Cəlilov Ucarda, Fərman Məhəmməd oğlu Feyzullayev İsmayıllıda dəfn olunublar. Vida mərasimlərindən sonra Vüqar Səlim oğlu Babayev Göyçay şəhər Şəhidlər xiyabanında, Azad Sabir oğlu Cəlilov Ucar rayonunun Alpoud kəndində, Fərman Məhəmməd oğlu Feyzullayev isə İsmayıllı rayonunun […]

Azərbaycana transmilli hücum: Vardanyanın “çirkli” milyardları onu təmizə çıxara bilməyəcək – ŞƏRH

2022-ci ildə Rusiya vətəndaşlığından imtina edərək sentyabr ayında qanunsuz yollarla Azərbaycanın Qarabağ bölgəsinə gələn və burada qondarma rejimdə “nazir” vəzifəsini tutan Ruben Vardanyan açıq şəkildə separatçılıq fəaliyyətinə başladı. Onun fəaliyyəti Azərbaycanın təbii sərvətlərinin talan edilməsi, bölgədə gərginliyi artırmaq və ölkəmizin suverenliyinə qarşı müqavimət ocaqları yaratmaq, qondarma qurumun ömrünü uzatmaqdan ibarət […]

Zelenskinin Ofisi: Cenevrədəki danışıqlar çətin olsa da, vacib idi

Cenevrədə danışıqlar çətin olsa da, vacib idi. Bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Kiril Budanov Cenevrədə Rusiya və ABŞ-la danışıqların yekunlarına dair bildirib. O, Ukraynanın nümayəndə heyətinin yaxın zamanda danışıqlara hazırlıq gördüyünü qeyd edib. Qeyd edək ki, Rusiya, ABŞ və Ukrayna arasında danışıqların yeni mərhələsi 17-18 fevral tarixlərində Cenevrədə baş […]