Ağalı sakinləri Zəngilana qayıdırlar: İlk mərhələdə köçəcək 41 ailə müayinə olundu – VİDEO

İyulun 19-da 41 ailə Zəngilanın Ağalı kəndinə köçürüləcək. Bu məqsədlə həmin ailələr sağlamlıq mərkəzində müayinə olunmağa çağırılıblar. 30 illik həsrətdən sonra doğma kəndlərinə qayıtmağa sayılı günlər qalan sakinlər ata-baba yurdlarına geri döndükləri üçün sevincli olduqlarını qeyd ediblər. Müayinə prosesi iki gün ərzində Masazır Ailə Sağlamlıq Mərkəzi və Abşeron Rayon Mərkəzi […]

İlham Əliyev İranın Ali Milli Təhlükəsizlik Şurasının katibini qəbul edib – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 15-də İran İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxanini qəbul edib. Bu barədə AZƏRTAC məlumat yayıb. Əli Şamxani İran Prezidenti Seyid İbrahim Rəisinin salamlarını dövlət başçısına çatdırıb. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını İran Prezidentinə çatdırmağı xahiş edib. Söhbət […]

TƏBİB-dən suçiçəyi ilə bağlı ÜST-ə MÜRACİƏT

“Suçiçəyi peyvəndinin milli peyvənd təqviminə salınması ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatı qarşısında məsələ qaldırmışıq. Çünki peyvənd təqviminin müəyyən edilməsi ÜST-ün tövsiyəsi əsasında həyata keçirilir”. APA xəbər verir ki, bunu TƏBİB-in Tibbi fəaliyyətin təşkili departamentinin Ana və uşaq sağlamlığının təşkili şöbəsinin məsləhətçisi Şəbnəm Şahgəldiyeva deyib. O bildirib ki, bu peyvənd digərləri […]

Ərdoğan xalqa müraciət etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 15 İyul – Demokratiya və Milli Birlik Günü münasibətilə xalqa müraciət edib. “Allah şəhidlərimizin məkanını cənnət etsin. Tarixi qiyama qatılan hər bir vətəndaşıma və həmin gecə veteran statusuna layiq görülən qardaşlarıma minnətdarlığımı bildirirəm. Küçələri, prospektləri, meydanları dolduranlara. Tanklara, helikopterlərə, silahlara bədənlərini sipər edən bu xalqın […]

Qazi baş leytenant: “Xalqın dəstəyi Azərbaycan Ordusuna yalnız və yalnız güc verib”

“Biz Vətən müharibəsində həm özümüzün, həm xalqımızın, həm də dövlətimizin gücünün və qüdrətinin şahidi olduq. Məhz bu güc və qüdrətin sayəsində bu gün başıuca gəzirik”. Bunu “Report”a açıqlamasında Vətən müharibəsi qazisi, baş leytenant Həsən Allahverdiyev deyib. O vurğulayıb ki, Vətən müharibəsindəki qələbəyə məhz xalqın birliyi, ordumuzun gücü və Prezident İlham […]

Şuşada Vaqif Poeziya Günləri dahi şairin məqbərəsi önündə davam edib (FOTO)

Xalq yazıçı deyib: “Müzəffər Azərbaycan Ordusuna, ata vəsiyyətini layiqincə yerinə yetirən Prezident İlham Əliyevə, Şuşaya, xalqımıza eşq olsun!”. Sonra çıxış edən Xalq yazıçısı Çingiz Abdullayev uşaqlığının Şuşada keçdiyini bildirib. Deyib ki, bütün Azərbaycan xalqı uzun illər idi bu günü səbirsizliklə gözləyirdi. “44 günlük Vətən müharibəsində şəhid olanların çoxu Qarabağı görməmişdi. […]