Konfrans Liqası: Azərbaycan klubları bu gün cavab oyunlarına çıxacaqlar

“Sabah” və “Araz-Naxçıvan” komandaları UEFA Konfrans Liqasının III təsnifat mərhələsində bu gün cavab oyunlarına çıxacaqlar. Paytaxt təmsilçisi Bakıda Bolqarıstanın “Levski” (Sofiya) kollektivini qəbul edəcək. Qarşılaşma saat 20:00-da start götürəcək. Görüşün baş hakimi ukraynalı Mikola Balakin olacaq. “Bayquşlar” səfərdəki ilk matçda bir cavabsız qolla məğlub olub. Cütün qalibi pley-offda AZ (Niderland) […]

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 2. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində; 3. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyası istiqamətində; 4. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov […]

Sepah Məsud Pezeşkiana qarşı – reallıq hissini itirən Tehran – ŞƏRH

İran ictimai-siyasi gündəliyində daha çox iki mövzu müzakirə olunur. Bunlardan biri İslam Respublikasının ABŞ ilə mümkün danışıqları, o biri isə Zəngəzur yolu (Tramp marşrutu) üzrə Vaşinqton-İrəvan razılığıdır.İranın ali rəhbəri ayətullah Seyid Əli Xaməneinin “X” hesbında bildirilib: “İslam Respublikası heç vaxt İranla Ermənistan arasındakı sərhədin bağlanmasına gətirib çıxaracaq siyasət və proqramları […]

Gürcüstan prezidenti TBMM sədri ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Ankarada Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşla görüşüb. “Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə məlumatı ölkənin Prezident Administrasiyası yayıb. Məlumata görə, təkbətək formatda keçirilən görüşdə tərəflər Gürcüstan və Türkiyə arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq münasibətlərini, eləcə də müxtəlif sahələrdə əlaqələrin dərinləşdirilməsi […]

Bayram Beqay: Azərbaycanla Ermənistanın sülh bəyannaməsi imzalaması əməkdaşlığa yol açan tarixi mərhələdir

Albaniya Prezidenti Bayram Beqay Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Mətndə deyilir: “Hörmətli cənab Prezident, Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülh bəyannaməsinin uğurla imzalanması münasibətilə Sizə Albaniya xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırıram. Bu sənədin imzalanması iki ölkə arasında əməkdaşlığa və qarşılıqlı anlaşmaya yol açan […]

Türkiyə XİN rəhbəri Səudiyyə Ərəbistanı, Qətər, İraq kimi ölkələrə Suriyaya dəstək üçün çağırış edib

Türkiyənin xarici işlər naziri Hakan Fidan Səudiyyə Ərəbistanı, Qətər, İraq kimi ölkələrə Suriyaya dəstək üçün çağırış edib. O, bu barədə suriyalı həmkarı Əsəd Həsən Şeybani ilə birgə mətbuat konfransında danışıb. Türkiyə XİN başçısı vurğulayıb ki, Suriyada xalqın təhlükəsizliyi və azadlığı əsas prioritetdir: “Suriyadakı qardaşlarımızın məhz buna ehtiyacı var və əməkdaşlıq […]

Dövlət icra məmurlarının funksiyaları müəyyənləşib

Dövlət icra məmurlarının funksiyaları müəyyənləşib. Bu barədə Prezident İlham Əliyevin bu gün təsdiq etdiyi “İcra məmurları haqqında” Qanunda qeyd olunub. Belə ki, dövlət icra məmurları Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikasının məhkəmə sisteminə daxil olan məhkəmələrin müəyyən olunmuş fəaliyyət qaydasını təmin edir, məhkəmələrin mülki işlər, kommersiya və inzibati mübahisələrə […]

Azərbaycanda insanlar ən çox bu xəstəliklərə tutulur – SİYAHI

Ötən il Azərbaycanda 2,9 milyona yaxın xəstə qeydə alınıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Qeyd olunub ki, bu, ilk dəfə qoyulmuş diaqnozla qeydə alınan xəstələrin sayıdır. Məlumata görə, 1 milyondan çox insan tənəffüs orqanlarının xəstəlikləri ilə qeydə alınıb. İkinci sırada həzm sistemi xəstəlikləri (241 minə yaxın), üçüncü sırada […]

“Qarabağ”ın UEFA turnirlərində final və yarımfinalda oynayan tanış rəqibi – TANITMA

“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində üz-üzə gələcəyi Macarıstan təmsilçisi “Ferentsvaroş” 1899-cu ildə yaradılıb. Klub həmin vaxt Ferenst Şpringer və bir qrup yerli sakin tərəfindən təsis edilib. Komanda 36 dəfə Macarıstan çempionatının, 24 dəfə ölkə kubokunun, 6 dəfə isə Superkubokun qalibi olub. Klub ev oyunlarını 23 700 azarkeş tutumuna malik […]

Ərdoğan: Azərbaycan və Gürcüstanla birlikdə regional təhlükəsizliyə töhfə verməkdəyik

Azərbaycan və Gürcüstanla birlikdə regional təhlükəsizliyə töhfə verməkdəyik. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gürcüstanlı həmkarı Mixeil Kavelaşvili ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, parlament sədrləri səviyyəsində üçtərəfli görüşün keçirilməsi planlaşdırılır. R.T.Ərdoğan, həmçinin qeyd edib ki, Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli mexanizmi regional proseslərdə mühüm rol oynayır.