Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti cüzi ucuzlaşıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,03 ABŞ dolları azalaraq 69,77 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 69,80 ABŞ dolları təşkil edib. Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin […]
ABŞ vətəndaşlarını İranı dərhal tərk etməyə çağırıb
ABŞ İran ərazisində olan vətəndaşlarını ölkəni dərhal tərk etməyə çağırıb. ABŞ-ın İrandakı səfirliyinin mətbuat xidməti vətəndaşlara mümkün olduqda quru yolu ilə Ermənistan və ya Türkiyə istiqamətində çıxışı nəzərdən keçirməyi tövsiyə edib. “Səfəriniz üçün ABŞ hökumətinin köməyindən asılı olmayan çıxış planı hazırlayın”, – deyə səfirliyin açıqlamasında bildirilir. Bundan əlavə, diplomatik nümayəndəlik […]
Samir Şərifov: “Zəngəzur dəhlizi ilə 2040-cı ilə qədər 865 min TEU yük ötürülə bilər”
Zəngəzur dəhlizi Avropa ilə Mərkəzi Asiya arasında etibarlı quru əlaqəsi yaratmaqla yanaşı, 2040-cı ilə qədər 865 min TEU həcmində yük axınını təmin etmək potensialına malikdir. Bunu Baş nazirin müavini Samir Şərifov Dubayda (BƏƏ) keçirilən Dünya Hökumətlər Sammiti çərçivəsində təşkil olunmuş “Yeni İpək Yolu” Forumunda bildirib. O, nitqində Azərbaycanın Şərq-Qərb və […]
“Zayed İnsan Qardaşlığı Mükafatı” – İlham Əliyevin reallaşdırdığı sülhə beynəlxalq dəstək – ŞƏRH
Prezident İlham Əliyevə fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabi şəhərində “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim olunub.“Zayed İnsan Qardaşlığı Mükafatı” (“Zayed Award for Human Fraternity”) 2019-cu il fevralın 4-də – Roma Papası Fransisklə Əl-Əzhərin Böyük İmamı Əhməd əl-Tayyib Əbu-Dabidə sülh və birgəyaşayışa dair tarixi sənədi imzalayanadan sonra təsis edilib. […]
Prezident İlham Əliyev: Azərbaycan-Türkiyə sarsılmaz qardaşlığı çətin məqamda real mahiyyətini nümayiş etdirib
Bu fəlakət Türkiyə üçün ciddi humanitar sınaq oldu. Bir gecədə minlərlə insan həyatını itirdi, bir çox şəhər və yaşayış məntəqələri dağıntıya məruz qaldı. Həmin günlərdə Azərbaycan xalqı baş verənləri dərin ağrı hissi ilə izləyərək qardaş Türkiyənin kədərini öz kədəri kimi qəbul etdi, onun dərdinə şərik çıxdı. Bu sözlər Azərbaycan Prezidenti […]
Prezident İlham Əliyev Ərdoğana məktub ünvanlayıb
Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub ünvanlayıb. Türkiyədəki zəlzələnin üçüncü ildönümü ilə bağlı məktubda deyilir: “Hörmətli cənab Prezident, Əziz Qardaşım, Qardaş Türkiyə Respublikasını dərindən sarsıdan zəlzələdən üç il ötür. Dəhşətli faciə nəticəsində həlak olmuş insanların əziz xatirəsini böyük ehtiram və hörmətlə yad edirəm. Bu fəlakət Türkiyə […]
Məhkəmə “Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri barədə qərar qəbul edib
“Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov barəsində seçilmiş həbs qətimkan tədbirindən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Sumqayıt Apellyasiya Məhkəməsində şikayətə baxılıb və qərar qəbul edilib. Qərara əsasən, şikayət təmin edilməyib. Qeyd edək ki, “Qurtuluş” Reabilitasiya Mərkəzi MMC-nin Sumqayıt şəhəri ərazisində yerləşən müəssisəsində baş verən qanunsuzluqlarla bağlı daxil olmuş […]
Ermənistan vətəndaşlarının məhkəməsində daha 7 təqsirləndirilən şəxsə hökm oxunub
Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərə hökm oxunub. Hökmə əsasən Melikset Paşayan 19 il, Qarik Martirosyan 18 il, Davit Allahverdiyean 16 il, Levon Balayan 16 il, Vasili Beqlaryan 15 il, Qurgen Stepanyan 15 il, Erik Qazaryan 15 il müddətinə azadlıqdan məhrum ediliblər. Qeyd edək ki, […]
Magistraturaya qəbul imtahanı keçiriləcək
Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (I cəhd) 15 fevral 2026-cı il tarixində keçiriləcək. Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanında iştirak edəcək bakalavrlar “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər. Bakalavrlar “İmtahana buraxılış vərəqəsi” və “Yaddaş kitabçası”nı çap etmək üçün […]
Türkiyə Prezidenti: ABŞ-la İran arasında gərginlik artıb, bölgədə yeni bir müharibə istəmirik
“İlk növbədə, biz regionu yeni münaqişə və ya xaosa sürükləmədən ABŞ-la İran arasında gərginliyi azaltmaq üçün əlimizdən gələni edirik. Bu məqsədlə, bildiyiniz kimi, mənim ABŞ Prezidenti Donald Trampla, daha sonra isə İran Prezidenti Məsud Pezeşkianla telefon danışığım olub”. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə müsahibəsində bildirib. “İstanbulda İranın […]