İlham Əliyev Kobaxidzeyə başsağlığı verdi

Prezident İlham Əliyev Gürcüstan Baş naziri İrakli Kobaxidzeyə başsağlığı verib. Başsağlığında deyilir: “Hörmətli cənab Baş nazir, Qali rayonunun Saberio kəndində baş vermiş yanğın nəticəsində beş uşağın həlak olması xəbəri bizi son dərəcə sarsıtdı. Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olan uşaqların ailəsinə və yaxınlarına, bütün Gürcüstan xalqına şəxsən […]

SİMA həmin mesajlarla bağlı açıqlama yaydı

Bu gün SİMA İmza istifadəçilərinə səhvən bildirişlər gedib. Bu barədə vətəndaşlar sosial şəbəkələrdə paylaşımlar ediblər. Bəziləri hətta bildiriş mesajlarının bir neçə dəfə gəldiyini qeyd ediblər.  Yenixeber.org xəbər verir ki, məsələ ilə bağlı SİMA açıqlama yayıb. Bildirilib ki, bu hal səhvən baş verib: “Hörmətli SİMA İmza istifadəçiləri, nəzərinizə çatdıraq ki, SİMA İmza tətbiqində […]

İlqar Mustafayevin həbs müddəti uzadıldı

Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin korrupsiya ittihamı ilə həbs edilmiş sabiq sədri İlqar Mustafayevin cinayət işi üzrə 4 aylıq ilkin araşdırma müddəti kifayət etməyib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, sözügedən səbəbdən prokuror məhkəməyə təqdimat verib. Təqdimatda təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin daha bir neçə ay uzadılması istənilib. Məhkəmə təqdimatı təmin edib. Qərara […]

“Prezident funksiyalarımın icrasına davam edəcəyəm”

Gürcüstanın sabiq dövlət başçısı Salome Zurabişvili “prezident funksiyalarını” icra etməyə davam edəcəyini açıqlayıb. Zurabişvili bu barədə Tbilisidə brifinqdə danışıb.  O, həmçinin işləyəcəyi ofisi təqdim edib: “Bu gün sizi Orbeliani sarayının (prezident iqamətgahı – red.) davamı olan yeni ofisdə qəbul etmək istəyirəm. Bu məkan Orbeliani sarayına bənzəməyə bilər, lakin burada prezidentin […]

“İlham Əliyevin müraciətinin BMT-nin rəsmi sənədi kimi yayılması xüsusi əhəmiyyət kəsb edir”

“Birləşmiş Millətlər Təşkilatının (BMT) katibliyi, Azərbaycan Prezidenti İlham Əliyevin 5-6 dekabr 2024-cü il tarixlərində Bakı şəhərində “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda keçirilmiş ikinci beynəlxalq konfransın iştirakçılarına müraciətini və konfransın yekun sənədini BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının rəsmi sənədləri kimi yayıb”. Bu, Qərbi Azərbaycan […]

Məşhur Hollivud aktyoru Entoni Hopkinsin evi külə dönüb

Kaliforniyada baş verən yanğınlar nəticəsində Entoni Hopkinsin evi tamamilə məhv olub. Bu barədə “Daily Mail” məlumat yayıb. Məlumata görə, aktyor evi 2021-ci ildə alıb. Pasifik Palisades rayonunda dörd yataq, beş hamam otağı olan tikili üçün 6 milyon dollar ödəyib. Qeyd edək ki, m​​​​​​eşə yanğını yanvarın 7-də Los-Ancelesdə Santa-Monika və Malibu […]

Azərbaycan XİN Gürcüstana başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstanın Qali rayonunun Saberio kəndində baş verən yanğın nəticəsində beş uşağın faciəvi şəkildə həyatını itirməsi ilə bağlı başsağlığı verib. Yenixeber.org xəbər verir ki, bu barədə nazirliyin “X” hesabında paylaşım edilib. “Abxaziyanın Qali rayonunda beş uşağın həyatını itirdiyi faciəvi yanğın bizi dərin kədərləndirdi. Bu dəhşətli hadisədən zərər […]

DİM xaricdə təhsil alanlar üçün peşə tanınması üzrə növbəti imtahan keçirəcək

Xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün yanvarın 30-da peşə tanınması üzrə növbəti imtahan keçiriləcək. Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb İmtahan DİM-in Elektron imtahanlar korpusunda kompüterlər vasitəsilə keçiriləcək. İmtahanda iştirak etmək üçün Təhsildə Keyfiyyətin Təminatı Agentliyində qeydiyyatdan keçmiş ərizəçilər yanvarın 25-dən etibarən DİM-in internet saytına daxil olaraq […]

Meşə yanğınları səbəbindən Hollivudun bir hissəsi təxliyə edilir – YENİLƏNİB

ABŞ-nin Los-Anceles ştatının Yanğınsöndürmə Xidməti Hollivud yaxınlığındakı ərazilərin sakinlərinin təxliyəsi barədə əmr verib. Bu barədə “Reuters” agentliyi məlumat yayıb. 100 mindən çox insan evlərini tərk etmək məcburiyyətindədir. Təxliyə edilməli olan ərazilərə Hollivudun Şöhrət xiyabanı və martın 3-də “Oskar” mükafatının təqdimetmə mərasiminin keçiriləcəyi “Dolbi” teatrı da daxildir. “The Washington Post”un məlumatına […]

Dünya bazarlarında neft ucuzlaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin mart müqaviləsinin dəyəri 0,07% azalaraq 1 barelə görə 76,11 ABŞ dolları təşkil edib. Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin fevral ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti də 0,12% azalaraq 1 barelə görə 73,23 […]