KİV: Ermənistanda hakim partiya növbədənkənar seçkilərə hazırlaşır

Ermənistanın hakim “Mülki müqavilə” partiyası növbədənkənar parlament seçkilərinə hazırlaşır. Bu barədə “Iravunq” qəzeti partiya mənbələrinə istinadən məlumat yayıb. Qeyd olunur ki, baş nazir Nikol Paşinyan özü bunu bir neçə silahdaşına dolayısı ilə deyib. Paşinyan bildirib ki, onlar fövqəladə hallarda hakimiyyəti istənilən an əldə saxlamağa hazır olmalıdırlar. “O, hətta ən pis […]

Kamran Əliyev: Özəl sektorun fəaliyyətinə heç bir müdaxilə edilməməsinə çalışırıq

Özəl sektorda fəaliyyət göstərən şirkətlər bəzən baş verən qanunsuzluqlarla bağlı Baş Prokurorluğa müraciət etmək istəmirlər. Bunu Baş prokuror Kamran Əliyev “LEGIS” Regional Hüquq Forumunda deyib. K.Əliyev əlavə edib ki, Baş Prokurorluq onların müdafiəçisi qismindədir: “Prokurorluq qanunların dəqiq və dürüst icra olunmasına nəzarət edən qurumdur. Özəl sektorla bağlı müraciətlərlə bağlı açıq […]

Paşinyan: Ermənistan və Türkiyə heç vaxt indi olduğu kimi aktiv dialoqda olmayıb

İrəvan və Ankara daimi əlaqə saxlayır, əlaqələr üçün heç bir maneə yoxdur. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-yə işgüzar səfəri çərçivəsində iştirak etdiyi Atlantik Şurasında çıxışı zamanı bildirib. “Əslində Türkiyə ilə əlaqələr üçün heç bir maneə yoxdur və biz daimi əlaqədəyik. Xarici işlər nazirlərimiz daim görüşür və söhbət edirlər, […]

ETSN: Güclü külək davam edəcək, sürəti narıncı xəbərdarlıq şkalasına keçəcək

Bakıda və Abşeron yarımadasında güclü küləklə müşayiət olunan hava şəraiti davam edəcək və küləyin sürəti narıncı xəbərdarlıq şkalasına keçəcək. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat katibi İradə İbrahimova məlumat verib. O bildirib ki, hazırda sarı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir. İradə İbrahimova […]

Bakıda iki avtomobil toqquşub, 3 nəfər ölüb

Bakıda ağır yol qəzası olub. Hadisə Xəzər rayonu Qala qəsəbəsində qeydə alınıb. Samir Paşayevin idarə etdiyi “Saipa” markalı avtomobillə 2003-cü il təvəllüdlü Nazim Musayevin idarə etdiyi “Toyota Prius” markalı avtomobil toqquşub. Nəticədə “Saipa” markalı avtomobildə olan sərnişinlər Polad Salmanov, Rövşən Hüseynov və “Toyota Prius”un sərnişini Nizami Soltanov hadisə yerində ölüb. […]

ADY-nin yanvar ayında daşıdığı sərnişin sayı 713 mini ötdü

Azərbaycan Dəmir Yollarının (ADY) bu ilin yanvar ayında daşıdığı sərnişin sayı 713 mini ötərək ötən ilin eyni dövrünün göstəricisini 15% üstələyib. Bununla bağlı ADY məlumat yayıb. Bildirilib ki, qatarla səyahət edən xarici turistlərin sayında 40 faiz artım qeydə alınıb. Eyni zamanda, 2025-ci ilin əvvəlindən bərpa edilmiş Bakı-Balakən-Bakı marşrutu ilə 5355 […]

“Traktor”- “Persepolis” oyununda qarışıqlıq salmaqda şübhəli bilinən iki qadın həbs edilib

İranda Təbrizin “Traktor” və Tehranın “Persepolis” futbol klubları arasında yanvarın 26-da keçirilən oyunda iğtişaş yaratmaqda şübhəli bilinən iki qadın tamaşaçı həbs edilib. Məlumatı İRNA yayıb. Müşahidəçilərin sözlərinə görə, həbs edilən iki qadının hansı komandanın tərəfdarı olduğu ilə bağlı məlumat yayılmayıb. Bundan başqa, iğtişaş yaradaraq azərbaycanlıları təhqir edənlərin sayının iki nəfərdən […]

Tehranda bahalaşmaya etiraz olaraq ərzaq mağazaları bağlanıb

İranın paytaxtı Tehranda ərzağın bahalaşmasına etiraz olaraq sahibkarlar mağazaları bağlayıblar. Məlumatı “İran İnternational” yayıb. Bildirilib ki, Tehranın Mövləvi, Cənubi Xəyyam, Kiyam meydanında distribütörlər ərzaq məhsulları bazarında dolların bahalaşmasına, inflyasiyaya və vergilərin artmasına etiraz olaraq dükanları bağlayaraq etiraz aksiyası keçiriblər.

İlham Əliyev “Vətən” İdman Liseyində – FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda Tərlan Heybətov adına “Vətən” İdman Liseyində aparılmış yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.Elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına liseydə yaradılan şərait barədə məlumat verdi. Bildirildi ki, “Vətən” İdman Liseyi 2022-ci ildə 126 nömrəli tam orta məktəbin bazasında yaradılıb. Birinci Qarabağ müharibəsi […]