Bakıda daha bir nəfər qəbul etdiyi spirtli içkidən zəhərlənərək ölüb. Fevralın 26-sı saat 19 radələrində Səbail rayonu A.İsmayılov küçəsində yaşayan 1970-ci il təvəllüdlü Z.Əliyev spirtli içkidən zəhərlənib. O, yaşadığı evdə vəfat edib. Z.Əliyevin hansı növ spirtli içki qəbul etdiyi məlum deyil. Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır. Qeyd edək […]
Assosiasiya: “Qiymətli kağızlar bazarı haqqında” yeni qanun hazırlanır
Azərbaycanda “Qiymətli kağızlar bazarı haqqında” yeni qanun hazırlanır. Bunu “Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası” (AFBİA) İctimai Birliyinin sədri Murad Yəhyayev bildirib. “Hazırda qüvvədə olan 2015-ci ildə qəbul edilib. Bu günə qədər ona müəyyən əlavə və dəyişikliklər edilib. Ancaq bu qanun bazarın, müasir dövrün tələblərinə nə dərəcədə cavab verir, hazırda bunun […]
Azərbaycan Prezidenti Ərdoğanı yenidən AK Partiyə sədr seçildiyinə görə təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib. Məktubda deyilir: “Hörmətli cənab Prezident, Əziz Qardaşım, Türkiyə Respublikasının ictimai-siyasi həyatında və dövlət idarəçiliyində artıq 25 ilə yaxın bir dövr ərzində müstəsna yer tutan, daim yenilənməkdə, inkişafda və yüksəlişdə olan Ədalət və İnkişaf Partiyasının (AK Parti) Böyük Qurultayında […]
İsmayıllıda zəlzələ olub
Qəbələ stansiyasından 19 km cənubda İsmayıllı rayonunda zəlzələ qeydə alınıb. Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Maqnitudası 3,3 olan təkanlar 46 km dərinlikdə olub.
Dövlət saytlarına kütləvi hücumlar edilir – RƏSMİ
Bir neçə gündür dövlət informasiya ehtiyatlarına kütləvi DDOS hücumları müşahidə olunur. Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən (XRİTDX) məlumat verilib. “Dövlət Xidməti kiberhücumların qarşısının alınması və dövlət informasiya ehtiyatlarının fasiləsizliyinin təmin edilməsi üçün zərərli trafikin təmizlənməsi istiqamətində işləri davam etdirir. Bununla bağlı bəzən real ip ünvanlar da […]
Bakıda müğənninin ailəsində FACİƏ – Anası və nənəsi dəm qazından öldü
Müğənni İlkin Fuadın ailəsində faciə yaşanıb. Bu barədə müğənni öz sosial şəbəkə hesabında paylaşım edib. Belə ki, müğənninin anası və nənəsi vəfat edib. “Qafqazinfo” saytı isə bildirib ki, fevralın 25-i saat 23 radələrində 1938-ci il təvəllüdlü Südabə Səməd qızı İsmayılova və qızı 1962-ci il təvəllüdlü Sevda Həsrət qızı Əhmədova yaşadıqları […]
Azərbaycan Prezidenti İlham Əliyev Ərdoğana zəng edib
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 26-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Dövlət başçısı Rəcəb Tayyib Ərdoğana ad günü münasibətilə təbriklərini çatdırıb, qardaş Türkiyənin inkişafı naminə prezidentlik fəaliyyətində yeni uğurlar və möhkəm cansağlığı arzulayıb. Rəcəb Tayyib Ərdoğan göstərilən diqqətə və təbrikə görə […]
Bakıda şadlıq evinin fəaliyyəti dayandırılıb
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Bakıda fəaliyyət göstərən “İdeal” şadlıq evinin fəaliyyətini dayandırıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 196 ünvanında yerləşən “İdeal” şadlıq evində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində […]
Ərdoğan Xocalı qurbanlarının xatirəsini yad edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı faciə qurbanlarının xatirəsini yad edib.Bu barədə Türkiyə Prezidenti öz sosial media hesabında paylaşım edib. “Acısını heç vaxt unutmayacağımız, kədərini hər zaman içimizdə daşıyacağımız Xocalı soyqırımının 33-cü ildönümündə qətlə yetirilən azərbaycanlı qardaşlarımızı rəhmətlə yad edirəm. Yaxşı və pis gündə bir […]
Dövlət və hökumət rəsmiləri Xocalı soyqırımı abidəsini ziyarət ediblər
Xocalı faciəsinin 33-cü ildönümü ilə əlaqədar fevralın 26-da Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, digər dövlət və hökumət rəsmiləri Xocalı soyqırımı abidəsini ziyarət ediblər.Dövlət və hökumət rəsmiləri soyqırımı abidəsinin önünə gül dəstələri düzərək, faciə qurbanlarının əziz xatirələrini ehtiramla anıblar. Qeyd edək ki, […]